MEHDİ (Ə.S) İSBAT İNSANIDIR. ÇÜNKİ ADINDAN GÖRÜNÜR:”HÜCCƏTULLAH”. Dəlillə iş görər. Allahın hüccətidir, dəlili vardır. Hər yerdə dəlillə, faktla izah edəcək. Elə dəlillər təqdim edəcək ki, qarşısına çıxanlar sanki iflic olacaq, danışmağa halları qalmayacaq, inşaAllah.
(A9 TV; 19 iyul 2012)
Mehdiyyət dövründə digər müqəddəs əmanətlər də tapılacaq. O zaman ən kiçik tərəddüd belə olmadan hər şey isbatlanaraq xalqa açıqlanacaq.
(A9 TV; 19 iyul 2012)
BÜTÜN AĞILSIZ TİPLƏR DƏCCALA TABE OLURLAR.
(A9 TV; 19 iyul 2012)
Allah fitnə-fəsad, anarxiya, terror, mərhəmətsizlik, rüsvayçılıq, yalançılıq, saxtakarlıq edənlərin işini düzəltməz. Düzəltməz dedikdə, yəni müvəffəqiyyətli etməz. Xeyli çalışar, cəhd göztərərlər. Məsələn, Darvinistlər 100 il çalışdılar, sonra nə oldu? Hz. Davudun daşı kimi Dəccalın gözünə sapandla bir daş atdıq, kor gözünü çıxardıq. Darmadağın oldu. Bir daşla çökdürdük.
(A9 TV; 19 iyul 2012)
Əvvəl dəccal hərəkətə keçir. Əgər Mehdiyyət hərəkətə keçsə, onda qarşısında mübarizə aparacağı bir qüvvə olmaz. Əvvəlcə qum torbası olmalıdır, Mehdiyyət də onu döyməlidir. Buna görə də biz istəyirik ki, darvinistləri, materialistləri, kommunistləri elmlə, zəka ilə, ağılla məhv edək.
(A9 TV; 19 iyul 2012)
Dəccaliyyət hal-hazırda elm adamları ilə zərbə endirir. Saxta elmlə mübarizə aparır. Firon dövründə necə idi? Bütün ölkəyə hakim olmuş elm adamları var idi lakin saxta elmlə xalqı aldadırdılar. Cadugərlər xalqa cadu edirdilər.
(A9 TV; 19 iyul 2012)
Ağılın yolu birdir. Quranla, İslamla, ağılla, sevgi ilə, məhəbbətlə həll yolu tapaq. Mehdiyyətlə nəticə gözəl olacaq. İntiqam ruhu ilə davranılsa qarşı tərəf daha da şiddətli dərəcədə intiqam almağa çalışar. Belə olmaz.
(A9 TV; 19 iyul 2012)
Qanla heç bir nəticə almaq olmaz. Sülhlə, sevgi ilə, dostluqla, mehribanlıqla, yaxşılıqla, Allah qorxusu və Allah sevgisi ilə məqsədə çatmaq olar.
(A9 TV; 19 iyul 2012)
Allah ayədə belə buyurur: “Yeddi göyün qatı, yer və onların arasında olanlar dayanmadan Onu zikr edirlər. Elə bir şey yoxdur ki, həmd ilə Onu zikr etməsin, lakin siz onların zikrini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.” (İsra Surəsi, 44). Deməli, ATOMLAR DAYANMADAN ALLAH-ALLAH DEYİR. Təsbih edirlər. Orada bir səs, o dönüşdə mütləq səs çıxarar. Dönərkən mütləq səs çıxarar. Onsuz da biz onu eşidə bilmirik. Eləcədə zikrlərini eşitmirik.
(A9 TV; 19 iyul 2012)
Bütün atomlar canlıdır. Canlı olduqları üçün də dayanmadan hərəkət edirlər. Hər biri Allahın əmrinə uyğun hərəkət edərlər, həmçinin, atomlar çox ağıllıdırlar. Diqqət etsəniz neytronların, protonların hərəkətlərində heç bir qarışıqlıq olmaz.
(A9 TV; 19 İyul 2012)





