ALLAH AXİRƏTDƏ YENİ FİZİKİ QANUNLARLA, ÜSULLARLA YARADACAĞAM DEYİR. Deməli, tam fərqli bir quruluş vardır. Məsələn, insanın bədənində qan yoxdur. Qan olmadan yaşayır. Yuxuya ehtiyacı yoxdur. İnsan acar amma acmağa ehtiyacı yoxdur. Yeni yaradılış elədir. Acmaq hissini bilmir. Bütün fiziki qanunlar dəyişmiş olur.

(A9 TV; 18 iyul 2012)

İnsan təvəkkül edir amma puluna, yoldaşlarına, fiziki qüvvəsinə, silahına, tayfasına təvəkkül edir. Belə olmaz. TƏK GÜC SAHİBİ ALLAHDIR. Tək təvəkkül edilməli olan ALLAHDIR. Mütəvəkkil, vəkil tutmaq, güvənmək deməkdir. Yəni Allaha təslim olmaq, Allahın öhdəsinə buraxmaqdır.

(A9 TV; 18 iyul 2012)

Müşriklərin, ateistlərin, Darvinistlərin, materialistlərin müsəlmanlara qarşı təzyiqi olacaq. Onlara narahatlıq yaratmağa, iti dilləri ilə incitməyə çalışacaqlar. Bəlkə sui-qəsdlər edəcək, həbsə salmağa çalışacaq, böhtan atacaq, oyun oynayacaqlar. Müsəlman da bunlara səbr etməlidir. Əziyyəti və səbri yaradan Allahdır. Onları vəsilə edər. Bu  imtahan üçün lazımdır. Əgər belə bir tərbiyədən keçməsək, cənnətdə ola bilmərik.

(A9 TV; 18 iyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)