Səmimi imana Allah bir nemət olaraq cazibə verir. İman itkisinə də anti-patiya verir. İmansız olsan da, Allah qorusun vicdanın, düşüncən, ruhun qapqara olar, yanarsan, çirkinləşərsən. Ruhundakı əvvəlki həyəcan, güc gedər.
(A9 TV; 29 Avqust 2012)
Müsəlmanın dilində həmişə sevgi olar. Məhəbbət, birlik, bərabərlik sözləri olar.
(A9 TV; 29 Avqust 2012)
Dünyada iki blok var: 1)kommunist ; 2) anti -kommunist blok. Hal-hazırda anti-kommunist blokla kommunist blokun qarşıdurması vardır.
(A9 TV; 29 Avqust 2012)
Ayrı-ayrılıqda yəhudilər, xristianlar, müsəlmanlar da məğlub olar. Amma birlik olsalar qalib gələrlər. Dindar sayı az olduğuna görə bundan başqa çıxış yolu yoxdur. MÜSƏLMANLAR MÜTLƏQ ƏHLİ KİTABLA İTTİFAQ ETMƏLİDİRLƏR.
(A9 TV; 29 Avqust 2012)
Müsəlmanlar ittifaqa məcburdur. Çünki Allaha inanan insanların sayı dünyada onsuz azdır. Yəni Darvinist-materialist hakimiyyəti olduğu üçün çox az sayda müsəlman, xristian və yəhudi vardır. Birlik olsalar, təbii ki, çox böyük güc təşkil edərlər. Dinsizliyə qarşı böyük güc əldə etmiş olarlar. Buna görə də birlik olmaq məcburiyyətindədirlər. Başqa bir yol yoxdur.
(A9 TV; 29 Avqust 2012)
PKK terror aktı təşkil etdikcə güclənir və güclənəcək. Elmi mübarizə aparılmasa PKK dayanmadan irəliləyər.
(A9 TV; 28 Avqust 2012)
Bütün məsələ dərin imandır. Məsələn, bir adam həqiqi mənada səmimi iman edir, buna görə də sırf bir adama görə Allah böyük dünyaya İslamı hakim edir.
(A9 TV; 28 Avqust 2012)
Biz Quranı oxuyacaq, başımızın altına qoyacaq, öpəcək, bağrımıza basacağıq, Qurandan ayrı yaşamayacağıq. Quranı dəstəmazsız da, avtobusda, tramvayda, gəmidə açıb oxumaq olar. Oxuyub sonra cibinə qoya bilərsən, başın açıq yaxud başın bağlı, hər cür şəkildə oxuya bilərsən. Oxusan, başa da düşərsən.
(A9 TV; 28 Avqust 2012)
Qədərdə Türk-İslam Birliyi, millətimizin Mehdi (ə.s)-ı görməsi, insanların Mehdi (ə.s)-a qarşı mübarizə aparmaları, zühur etməməsi üçün işlər görmələri də vardır.
(A9 TV; 28 Avqust 2012)
Qədərin dəyişməsi mümkün deyil. Yəni heç bir güc Allahın izni ilə dəyişdirə bilməz . Dəmiri əyə bilərsən, poladı qıra, dağı deşə bilərsən, amma qədəri dəyişdirə bilməzsən.
(A9 TV; 28 Avqust 2012)





