Bizim millətimizə bir nemət verilib. Bu millətin taleyində bölünmə yoxdur. Qədərində birləşmə və böyümə vardır.
(A9 TV; 28 Avqust 2012)
Üç yüz min adam öldürsən də nəticə ala bilməzsən. İman, Quran, ağıl, fəlsəfə, elm, sənət, sevgi, şəfqət, mərhəmət, ədalət, demokratiya ilə nəticə almaq olar.
(A9 TV; 26 Avqust 2012)
Öldürərək nailiyyət əldə etmək olmaz. Bu, çarə deyil. Elmlə, fəlsəfə ilə, sənətlə, razı salaraq, danışaraq nəticə almaq olar. Ən asan, müxtəsər nəticəsi olan yol budur. Əks təqdirdə nəticə almaq olmaz. Quranın, Bədiüzzamanın, Mehdiyyətin yolu budur.
(A9 TV; 26 Avqust 2012)
Əvvəl bütü ― Darvinizm-materializmi aradan qaldırmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v) ilk öncə bütləri qırdı. Hz. İbrahim (ə.s), hz. Musa (ə.s) bütləri qırdı.
(A9 TV; 26 Avqust 2012)
Mehdiyyətin heç bir düşüncə, ideologiya, şəxs və məntiqlə əlaqəsi yoxdur. Mehdiyyət birbaşa nurunu Qurandan alan orijinal bir quruluşdur.
(A9 TV; 26 Avqust 2012)
Mehdiyyət hər hansı bir şəxsin, liderin, düşüncənin axını deyil. Mehdiyyət adından da göründüyü kimi tam fərqli bir düşüncə və quruluşdur. Qurana, Quran əxlaqına əsaslanan orijinal quruluşdur.
(A9 TV; 26 Avqust 2012)
Müsəlmanlar birlikdə, bərabər olacaq. Bölünmək haramdır. Allah ayədə hər kəsə, bütün müsəlmanlara xitab edərək birlik olmağı əmr edir. Əgər bölünsən, bunu necə açıqlayacaqsan?
(A9 TV; 26 Avqust 2012)
Kapitalizmin olmasına gərək yoxdur: İslam vardır, İslam Birliyi vardır. Səadət əsri İslamı vardır. İslam Birliyi yarananda ən gözəl ictimai ədalət, sevgi, sülh mühiti olacaq.
(A9 TV; 26 Avqust 2012)
İslam dini ali quruluşdur, gözəllikdir. Kommunizm dinin aradan qalxmasını istəyir. Dini düşməni hesab edir. Dini tiryək sayır. Din əxlaqını, dini, ailəni qəbul etmir. Kollektiv həyatı müdafiə edir.
(A9 TV; 26 Avqust 2012)
Dinsiz ordu məğlub olar, əzilər, alçaldılaraq məhv olar. Dindar ordu isə ali olar.
(A9 TV; 26 Avqust 2012)





