Türkcəni də yaradan Allahdır. Alman, Fransız və bütün dilləri də yaradan Allahdır.
(A9 TV; 31 Avqust 2012)
Atatürkçüsənsə Atatürkün dini ilə, İslamla, Quranla, vətənlə, millətlə, bayraqla əlaqədar sözlərini izah et, bunlardan danış. Kommunizmlə bağlı Atatürkün sözlərini izah et.
(A9 TV; 31 Avqust 2012)
Sevgisizlik ruhunuzu yandırır. O zaman Allahı da sevə bilməzsiniz.
(A9 TV; 31 Avqust 2012)
Siz sevgisiz olsanız, insanlar da sizə qarşı sevgisiz olarlar. Belə etmək olmaz.
(A9 TV; 31 Avqust 2012)
Həşəratlarda, insan hüceyrəsində, canlılarda, heyvanlarda, bitkilərdə Allahın sənəti var. Əgər sevgini bilmirsənsə, gözəlliyi, estetikanı duymursansa, Allahın sənətini araşdırmağına da gərək yoxdur.
(A9 TV; 31 Avqust 2012)
İslam aləmini kommunistlik ələ keçirib. Hələ təzə-təzə yaxalarını qurtarırlar. Bu, Ərəb baharı deyilən hadisədir. Yəni kommunist işğaldan hələ təzəcə canlarını qurtarırlar. Hal-hazırda Suriyada də xalq kommunist işğala qarşı müqavimət göstərir.
(A9 TV; 31 Avqust 2012)
Xurafatçılığın təhlükəsi budur. Xurafatçılıqdan çıxan ateizmə girir. Yəni bir bəlanın içindən başqa bir bəlaya daxil olur. Elə buna görə “Darvinizm və materializmin yerlə yeksan edilməsi vacibdir” deyirik.
(A9 TV; 31 Avqust 2012)
Yaxşılıq, gözəllik, barış, ədalət, müasirlik, sənət, elm, estetika, istəyirlərsə İslam Birliyini istəsinlər. Bütün bunlara görə Mehdiyyəti istəsinlər. Ondan başqa bir qurtuluş, bir yol yoxdur.
(A9 TV; 31 Avqust 2012)
Cənub-şərqi, cənub-şərqli bacı-qardaşlarımızı canımız qədər, canımızdan da çox sevirik. Onları kommunistlərə təslim etmərik. Kommunistləri orda istəmirik. Fikirlərini dəyişdirsələr, gələ bilərlər. Amma təcavüzkar, qan tökən olaraq orada məskunlaşdırmarıq. Bundan əl çəkməlidirlər.
(A9 TV; 31 Avqust 2012)
Biz millət olaraq qonaqpərvər, zəiflərə, kasıblara kömək edən mərhəmətli millətik.
(A9 TV; 31 Avqust 2012)





