Tayyib hocam, Yunanistanda sevgisiz rəftar göstərən olduğu zaman onların sevgisizliyi ilə heç vaxt təmasda olmasın. Tayyib hocam çox səmimi insandır, hadisələrə də həmişə səmimi yanaşır. Yunanistan prezidentinin sevgisiz üslubuna nəzakəti ilə lazımi cavabı vermək əhəmiyyətlidir. Mətbuat yolu ilə lazımi cavabı mütləq verək. “Biz buraya hüquq dərsi almaq üçün gəlmədik, biz buraya dostluq, sevgi, qardaşlıq üçün gəldik. İki ölkə arasında sərhədləri açmaq üçün gəldik” deyə həm sevgisiz olduqları üçün nəzakəti ilə lazımi cavabı vermək, həm də insanlara sevgini, dostluğu, qardaşlığı öyrətmək çox gözəl olar.

(A9 TV; 8 dekabr 2017)

Bəzən ailələr uşaqlarını əşyaları kimi görürlər. Öz istədiyi insanla evlənməsi, öz istədiyi məktəbdə oxuması, öz istədiyi həyatı yaşaması üçün təzyiq göstərirlər. Uşağın insan olduğunu sanki unudurlar. Uşağa əşya kimi baxmaq yaraşmaz. Ata-ana necə ki, özünə bu işdə işlə, bu insanla görüş deyə qarışılmasını istəməzsə, uşağa da məktəbi, evliliyi məsələsində təzyiq göstərmək doğru olmaz.

(A9 TV; 8 dekabr 2017)

Peyğəmbərimiz (s.ə.v) Zeyd ilə birlikdə Taifə getdiyi zaman küfr əhli və münafiqlərin alçaqcasına hücumu ilə qarşı-qarşıya qalmış, təxminən 2,5 km boyunca alçaqlar tərəfindən daşlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-in küfr əhlinin və münafiqlərin Taifdəki alçaq hücumlarından sonra gözəl duası belədir: “Allahım! Gücümün çatışmazlığını, çarə və vasitələrimin acizliyini, insanların gözündə dəyərsiz görünməyimi Sənə bildirirəm. Ey Mərhəmətlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim! Məni Səndən uzaq olan və məni gördükcə sifətini turşudan kobud insanların əlində qoyma. Üzərimə çökən bu müsibət və bəla həqiqətdə Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, heç qəm çəkmərəm. Mən, Sənin nuruna sığınıram! O nura ki, qaranlıqlar onun sayəsində açılmış, dünya və axirət işləri onunla düzəlmişdir. Mənim üçün Sənin bağışlamağın, qəzəbindən daha genişdir. Həmçinin hər şey Sənin rizan üçündür. Bütün qüvvət və qüdrət təkcə Sənin əlindədir”.

(A9 TV; 8 dekabr 2017)

Münafiq bir mövzudan bəhs etməyin deyirsə o mövzundan çox ətraflı bəhs etmək lazımdır. Münafiqin narahat olduğu mövzu şeytanın fənəri kimidir. Şeytan bir mövzudan narahat olursa o mövzu xeyirdir. Münafiqlər Axırzaman əlamətlərindən bəhs edilməsindən çox narahat olurlar, deməli, bu mövzunu həmişə gündəmdə saxlamaq lazımdır. Nostradamusun bir sözü doğru çıxdığı zaman dünya ayağa qalxır. Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl söylədiyi 600-dən artıq mövzu reallaşmış vəziyyətdədir, lakin insanların qəflət halı bu möcüzəni görə bilmirlər. İnsanlara tez-tez buradakı xariqəlikdən bəhs etmək lazımdır.

(A9 TV; 8 dekabr 2017)

Allah nemətlərdən danışın və yada salın deyir. Allahın, İslamdan bəhs etməyimiz üçün bizə verdiyi imkanları xatırlamaq ibadətdir. 1979-cu ildə təbliğə başladığımız zaman dünya miqyasında izah edə biləcəyimiz imkansız kimi görünürdü. Bu gün Allah, Allaha həmd olsun, 47 ölkədə 216 qəzet və jurnalda məqalələrimin dərc olunmasını təmin edir. Bu, çox güclü və gözəl təbliğ imkanıdır.

(A9 TV; 8 dekabr 2017)

Himayədarlıq sistemində mal toplanılmaz. Dolayısilə istehsalda böyük artım olar. İqtisadiyyatda heyrətamiz dərəcədə hərəkətlilik olar. Lakin mal saxlanıldığı zaman, pul saxlanıldığı zaman əsas damarda tıxanma olur və iqtisadiyyatda qanqren meydana gəlir. Pul saxlanmadığı zaman isə iqtisadiyyatda axım meydana gəlir. Damar tıxanıqlığı açılır, sürətli axın sayəsində orqanizm çox sağlam olur.

(A9 TV; 7 dekabr 2017)

Səmimi olan insan namaz qılar, Allaha itaət edər, Quranı tətbiq etməkdə tərəddüd və qüsur etməz, Allahı çox sevər. Səmimi olan insanın edəcəyi gözəlliklərin ucu-bucağı yoxdur. Səmimiyyət əbədi gözəlliyə açılan nurdur.

(A9 TV; 7 dekabr 2017)

Müsəlman üçün heç bir hadisə pis və kədərləndirici olmaz. İnsan üçün ən pis kimi görünən hadisə əslində ən gözəl olandır. Ən çətin olan, nəfsə ən tərs gələn hadisə, ən gözəl imtahandır. Ən gözəl imtahan isə ən çox savab qazanılan, ən yüksək təqvaya çatılan hadisədir. Dolayısilə insan üçün ən xeyirli və ən gözəl olandır.

(A9 TV; 7 dekabr 2017)

İnsan əgər həqiqətən Allaha iman edirsə, bütün günü Cənnət kimi keçər. Lakin insanın Allah ilə əlaqəsini heç kəsməməsi lazımdır. Şeytanın, şirk qapısının istəmədən açmasına imkan verməməsi lazımdır. Şirk qapısı həmişə bağlı olması lazımdır. Allah ilə iman əlaqəsində şirk sızıntısına qətiyyən, israrla və qətiyyətlə icazə verilməməsi lazımdır. Nadir insan Allah ilə əlaqəni fasiləsiz davam etdirər, buna çox diqqət göstərmək lazımdır. İnsanlar digər insanların təsiri altında qalaraq şirkin qapısını açırlar. Halbuki şirkdən qaçmaq olduqca asandır, sadəcə çox diqqətli olmaq lazımdır.

(A9 TV; 7 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)