Ustaya söz atanlar ona heç bir ziyan verə bilməzlər. Daha çox sevməyimizə səbəb olarlar. Usta bizim üçün çox dəyərlidir.
(A9 TV; 12 Oktyabr 2012)
Dövlət siyasəti olaraq idman hər yerdə həm təşviq edilməli, həm də lazımi qədər icbari olmalıdır. Məsələn, idman dərslərini məktəblərdə artırsınlar. Bizim gəncliyimiz idmançı olsun.
(A9 TV; 12 Oktyabr 2012)
Dünyanın ən gözəl dili ərəb dilidir. Ondan üstünü yoxdur. Cənnət dilidir.
(A9 TV; 12 Oktyabr 2012)
İnsan hələ yaradılmamışdan əvvəl imtahanının gərəyi olaraq lağ etmək, təzyiq, həbs və.s hazırlanır. Vaxtı gəldiyi zaman Allah onu göstərir.
(A9 TV; 11 Oktyabr 2012)
İlluminati üç qərar verdi: 1) Mehdi (ə.s)-ı müəyyən etdilər. 2) İsa Məsih (ə.s.)-ı müəyyən etdilər. 3) İslamın dünyaya hakim olmasına qərar verdilər.
(A9 TV; 11 Oktyabr 2012)
İsa Məsih özünə xas libası ilə Allah tərəfindən endiriləcək. Çünki həmin ayaqqabısı, paltarı ilə göyə yüksəldilmişdir. Həminki halı ilə, yatdığı vəziyyətdə yenidən yuxudan oyanaraq qalxacaq.
(A9 TV; 11 Oktyabr 2012)
Hz. İsa Məsih (ə.s)-ın saçları islanmadığı halda sanki isladılmış kimi görünər. Bu onun özünə xas möcüzəsidir.
(A9 TV; 11 Oktyabr 2012)
Əgər PKK-lı üçün narahatsansa onun axirətini düşün. Bunun üçün də onu ateist, Marksist, Leninist, Darvinist, materialist olmaqdan qurtar. Sonsuz həyatı çox vacibdir. Əbədi cəhənnəmdə qalacaq. Ən çox narahatlıq doğuran məsələ budur.
(A9 TV; 11 Oktyabr 2012)
Dində məcburiyyət olsa, heç kim o dini qəbul eləməz. Dinimizdə belə bir qayda yoxdur. Şeytandan Allaha sığınıram, “Dində məcburiyyət yoxdur” deyə Allah ayədə buyurur. Şəfqətlə, sevgi ilə yanaşın. Bu Allahın əmridir.
(A9 TV; 11 Oktyabr 2012)
Qadınlar baxımlı, təmiz, gülqoxulu olmalıdılar. Amma qadın üçün iffəti çox vacibdir, qeyri-qanuni əlaqəyə, harama girməz. Elə iffətli olduğu üçün qadın gözəldir. İffətini itirəndə qadın gözəl olmaz. İffətini itirəndə onsuz da əvvəlki ruh gücünü, cazibəsini itirər. Məhv olar, Allah qorusun.
(A9 TV; 11 Oktyabr 2012)





