Dəccallar daim məğlub olubsa, Mehdilər həmişə qalib gəliblər.
(A9 TV; 14 Oktyabr 2012)
Əsəd rejimi yıxılacaq. Amma PKK da davam etməyəcək. Zülqərneyn Mehdi (ə.s.) onların qarşısından bir sədd çəkəcək və tamamilə o bəlanı, fitnəni aradan qaldıracaq, inşaAllah. Zülqərneyn səddi olacaq, inşaAllah.
(A9 TV; 14 Oktyabr 2012)
Müsəlmanların birləşməyi diqqət mərkəzində saxlanmalıdır. İlk öncə İslam Birliyi, daha sonra bütün dünyanın düzəldilməsi qarşıda duran işlərdəndir. Çünki başda onu aparan, yol göstərən, xidmət göstərən bir qrup olmalıdır. Bunlar da müsəlmanlardır.
(A9 TV; 14 Oktyabr 2012)
Əvvəl İslam aləmi olmalıdır. İSLAM ALƏMİ DÜZƏLSƏ, BÜTÜN DÜNYA DÜZƏLƏCƏK. İslam aləmi düzəlməsə Allah dünyanı düzəltməz. Dünyanın sahibi müsəlmanlardır. Sahibüz-zaman çıxmazsa, Allah da dünyanı tək, gücsüz və aciz buraxar.
(A9 TV; 14 Oktyabr 2012)
Mehdi (ə.s)-ı gözləmək İslam Birliyini gözləməkdir. İslam Birliyi də ən böyük fərzdir. Mehdi (ə.s)-ı gözləməyimizi bizə peyğəmbərimiz (s.ə.v.) buyurur.
(A9 TV; 14 Oktyabr 2012)
Türkiyənin Avropa Birliyinə girməsinin əhəmiyyəti artıq yoxdur. Artıq ölmüş cəsəddir. Yəni əllərindən heçnə gəlmir. Amma Türk-İslam Birliyi yeni bir mədəniyyət, yeni həyat, gözəllik olacaq.
(A9 TV; 14 Oktyabr 2012)
Dəccal mühüm olan əlamətlərin çıxmasıdır. Əlamətlərin hamısı çıxarkən dəccal da çıxmış olacaq. Mehdi əlamətlərinin də hamısı çıxdığında, hz. Mehdi (ə.s) da çıxmış olacaq.
(A9 TV; 14 Oktyabr 2012)
Peyğəmbərimiz (s.ə.v) buyurub ki, Mehdi (ə.s) dövründə 30-a yaxın dəccal olacaq. Bəziləri xurafatçılar içərisindən çıxacaq, AMMA ƏN BÖYÜK DƏCCAL DARVİNDİR.
(A9 TV; 14 Oktyabr 2012)
Dəccalı tanımağın əsas yolu onun əlamətləridir. Dəccal bütün dünyanı dinsiz edəcək, dünyada hərcmərclik, anarxiya və terror meydana gətirəcək, İslam aləmini parçalayacaq və əsir edəcək. Bütün bu əlamətləri varsa, deməli, dəccal da var.
(A9 TV; 14 Oktyabr 2012)
Dəccal Darvin, Stalin, Lenindir, bundan əlavə Marksdan ibarət komitəsi vardır. Bu komitəsi ilə təxribat etmişdir. Hal-hazırda Mehdi (ə.s.) da onların etdiyi təxribatın fəsadların aradan qaldırır.
(A9 TV; 14 Oktyabr 2012)





