Marksistlər, Leninistlər, ateistlər də rəsulullah (s.ə.v)-in ümmətidir, lakin qəbul etmirlər. İzah olunsa, başa salınsa, sevgi ilə şəfqətlə yanaşılsa, onlar da bu gözəlliyi görərlər. Əgər alınmasa, deməli, qədərdə Allah onları elə yaratmışdır. Rəhmimiz gələr, şəfqət duyarıq. Ancaq heç vaxt nifrətlə əzməyə çalışmarıq.
(A9 TV; 11 Oktyabr 2012)
Küfr, dəlalət, tüğyan, ateistlər, Marksistlər, Leninistlər əvvəllər xurafatçı fikirli insanların nifrət edib əzmək istədiyi insanlar idi. Yeni ruh, Mehdiyyət, İslam ruhu onlara da şəfqətlə yanaşır. Onlar da ölkənin əsas vətəndaşıdırlar. Onlar da bizim hz. Adəm (ə.s)-dan törəyən bacı-qardaşlarımızdır.
(A9 TV; 11 Oktyabr 2012)
Mehdiyyətin üstündəki örtükləri sürətlə qaldırmağa davam edirik.
(A9 TV; 13 Oktyabr 2012)
Cənabı Allah peyğəmbərimiz (s.ə.v)-ə vəhy edir: “Mən Mehdi (ə.s)-ı göndərəcəyəm. Mehdi (ə.s)-a tabe olsunlar. Əgər Mehdi (ə.s)-a tabe olsalar işlərini asan edəcək, dünya hakimiyyəti verəcəyəm ” deyir. “Mehdi (ə.s)-a tabe olmasalar, iztirab, kədər, göz yaşı dayanmayacaq”.
(A9 TV; 13 Oktyabr 2012)
Müsəlmanların parçalanmamasının tək çıxış yolu Mehdi (ə.s)-a tabe olmaqdır.
(A9 TV; 13 Oktyabr 2012)
Bədiüzzaman dəccaliyyətin bəzi alimləri qorxudacağını söyləyib.
(A9 TV; 13 Oktyabr 2012)
Gələcəklə əlaqədar verdiyimiz məlumatların çoxu hədislərə əsaslanır. Bir qismi də övliyaların açıqlamalarına əsaslanır. Böyük bir hissəsini Bədiüzzamanın açıqlamaları təşkil edir. 2010-cu, 2014-cü, 2019-cu illər Bəddiüzzamanın bizə bildirdiyi məlumatlardır, inşaAllah. Bir qismi də sosioloji, tarixi, elmi proqnozdur. Yəni gedişatdan anlaşılır.
(A9 TV; 13 Oktyabr 2012)
Bəddiüzzamanın Əbdülqadir Gilani Həzrətlərinin soyundan olması barədə iddia doğru deyildir.
(A9 TV; 13 Oktyabr 2012)
Mehdiyyətlə mübarizə şeytanın əsas mövzularından biridir.
(A9 TV; 13 Oktyabr 2012)
Darvinizm-materializm 2014-cü ildə ideoloji cəhətdən pis vəziyyətə düşəcək. Daha da pisləşib acizləşəcək.
(A9 TV; 13 Oktyabr 2012)





