Ət və sümükdən nəsə olmaz. İnsan imanla iffətli, ağılla da gözəl olar. İmanı varsa, onun əzəməti və nuru da vardır. Sevgi imanla, ağılla olar.
(A9 TV; 15 Oktyabr 2012)
Qadın iffətli olmazsa hər şey bitir. Heç bir qiyməti olmaz. Ət yığını olar. İffətini, imanını itirsə, onda dəyəri qalmır. Çünki dəyər verəcəksən, hörmət edəcəksən ki, gözəl olsun. Dəyər vermirsənsə, hörmət etmirsənsə, onu necə sevə bilərsən.
(A9 TV; 15 Oktyabr 2012)
Qulun sorğulanması üçün açıq, əsaslı hökm lazımdır. Açıq aşkar hökm yoxdursa o fərz deyil.
(A9 TV; 15 Oktyabr 2012)
…Bacı-qardaşlarımız Səid və Sungur qardaşlarımıza dua etsinlər.
(A9 TV; 21 Oktyabr 2012)
Bədiüzzamanın tələbələri olan qardaşlarımız bizim üçün səhabə kimidirlər. Dünyanın əsl sahibi onlardır. Allah qardaşlarımızın xəstəliklərini sağaltsın, inşaAllah.
(A9 TV; 21 Oktyabr 2012)
Qardaşlarımıza şəfa üçün əlimizdən gələn hər şey üzərimizə fərzdir. Onların sağlamlığı üçün hər cür vəsiləyə sarılacağıq, inşaAllah.
(A9 TV; 21 Oktyabr 2012)
BDP-lılər də hər kəsin xoşbəxtliyi üçün İslam Birliyini müdafiə etsinlər.
(A9 TV; 21 Oktyabr 2012)
Sonsuz ağıla malik Allahımız var, nə gözəldir, əlhəmdülillah.
(A9 TV; 21 Oktyabr 2012)
Din gözəl əxlaqdır, sevgidir. Sevgini coşğuyla yaşamaqdır. İnsanları sevməkdir, Allahın yaratdıqlarına qarşı dərin məhəbbətdir. Çiçəkləri, böcəkləri, quşları bundan əlavə insanları coşğu ilə sevmək, qeybət etməmək, pis söz söyləməmək, insanları incitməmək, bu mövzuda süni olmamaq, dünyadan keçmək, insanların yaxşılığı, xoşbəxtliyi üçün səy göstərmək, Allahı coşğu ilə sevmək, cənnətdə sonsuza qədər Allahın təcəllisini görmək üçün güclü istək duymaqdır, Allah üçün yaşamaqdır.
(A9 TV; 21 Oktyabr 2012)
Xəstəyə kömək etmək fərzdir.
(A9 TV; 21 Oktyabr 2012)





