Allah hər şeydə təcəlli edər. Çiçəkdə təcəlli edər, çiçəyi sevərik, uşaqda təcəlli edər, uşaqları çox sevərik. Qadında təcəlli edər, qadını sevərik. İnsanlar təcəllini yaxşı öyrənməlidirlər.
(A9 TV; 19 Oktyabr 2012)
İnsan Allahın təcəllisi olaraq sevilər. Allahı nə qədər çox seviriksə, onunla əlaqədar olaraq da təcəllisini sevərik.
(A9 TV; 19 Oktyabr 2012)
İSTANBUL ƏBƏS YERƏ SİLKƏLƏNMƏZ. Bunun bir səbəbi vardır. İSTANBULUN DAŞI, TOPRAĞI ŞÜURLUDUR. İstanbul bir pislik gördüyünə görə narahat olub, silkələnərək mesaj verməyə çalışır. LAKİN BUNUN XARİCİNDƏ İSTANBUL QORUNANDIR, İNŞAALLAH.
(A9 TV; 19 Oktyabr 2012)
Müsəlmanlar axirətdə Qurandan sorğulanırlar. Quranı necə başa düşübsə, səmimi olaraq qənaəti necədirsə, ona görə cavab verməlidir. Digər kitablardan sual verilməyəcək.
(A9 TV; 18 Oktyabr 2012)
Səmimi izah insanlara çox müsbət təsir edir. Onun xilas olması üçün səmimi olaraq səy etdiyini anlasa, qarşındakı rahatlayar. Amma ona qarşı iddia ilə çıxış etsən, onu elmi cəhətdən susdurmaq istəsən, o da sənə qarşı gələr, inad edər.
(A9 TV; 18 Oktyabr 2012)
Bacı-qardaşlarımız darvinizmə, materializmə qarşı mübarizə edərkən elmi olaraq, mehriban, zarafatcıl olaraq, könlünü oxşayaraq izah edəcəklər. Mübahisə etmək olmaz, insanların psixologiyası zəifdir.
(A9 TV; 18 Oktyabr 2012)
Əhməd Türk bizim qürurumuzdur. Türk-İslam Birliyini, İslam Birliyini müdafiə etsin. Bu, bütün bölgənin təhlükəsizliyi üçün lazımdır. Səlahəddin Dəmirdaşdan da istəyimiz odur ki, İslam Birliyini müdafiə etsin. İslam Birliyini müdafiə etsələr başımızın tacı olarlar.
(A9 TV; 18 Oktyabr 2012)
Xristian, yəhudi, müsəlman da olsa dini təhqir edə bilməz. Dinsiz də təhqir edə bilməz. İrad tutmağa heç kim bir söz demir. Cildlərlə kitab yaz, amma təhqir etmə.
(A9 TV; 18 Oktyabr 2012)
Dinə irad tuta bilər, Allah varlığına şübhə edə bilər, haşa, öz inancına görə Allah yoxdur da deyə bilər. Yəni, müxtəlif səbəblərə görə inanmıram deyə bilər. Amma təhqirə gərək yoxdur, təhqir çox çirkindir.
(A9 TV; 18 Oktyabr 2012)
Xristianlar hz.Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etsələr həqiqi xristian olacaqlar. Yəni Quranın haqq olan hökmləri ilə özlərinin yanlış inanclarını dəyişdirsələr, inancları daha da dərinləşmiş olacaq, inşaAllah.
(A9 TV; 18 Oktyabr 2012)





