Millət olaraq çox diqqətli davranmalı, təhlükəsizlik strukturumuza, polisimizə, əsgərimizə dəstək olmalıyıq.
(A9 TV; 20 Oktyabr 2012)
Dinə, imana, bayrağa, vətənə xələl gətirməməliyik.
(A9 TV; 20 Oktyabr 2012)
Kürd dili rəsmi dil olaraq qəbul edilə bilməz. Rəsmi dilimiz Türk dilidir. Amma hər kəs istədiyi dildə danışa bilər.
(A9 TV; 20 Oktyabr 2012)
Bütün partiyalar xeyirli işlərdə hökuməti, baş naziri dəstəkləməlidir.
(A9 TV; 20 Oktyabr 2012)
Biz Baş nazirimizi riskli məsələlərdə xəbərdar edərək qoruyuruq.
(A9 TV; 20 Oktyabr 2012)
Baş nazirimiz çox çətin və gərgin şəraitdə çalışır. Baş nazirimizə şəfqətlə davranmaq lazımdır. Baş nazirimiz onu alçaltmağa çalışan şəxslərlə görüşməməlidir.
(A9 TV; 20 Oktyabr 2012)
Kommunizm dünya tarixinin ən böyük dəccal hərəkatıdır.
(A9 TV; 20 Oktyabr 2012)
Təhlükəni hiss etmək çox vacibdir. Cənub-şərqdə Respublika tarixinin ən böyük kommunist qiyamı vardır. Bu qiyamı bütün dünya kommunistləri dəstəkləyir. Amerika da bizim Cənub-şərq sərhədlərimizi qəbul etmir, cənub-şərqi bizdən ayırmaq istəyir.
(A9 TV; 20 Oktyabr 2012)
Xəstəlik zamanı dərman qəbul etmək, həkimə getmək fərzdir. Həkimin müalicə üçün ehtiyac gördüyü texniki cihazın istifadəsini qəbul etmək fərzdir. Xəstəliyi sağaldacaq vasitələri qəbul etmək fərzdir. Bu məkan dəyişikliyi və qidalanma ilə də əlaqədar ola bilər. Bunları qəbul etməmək olmaz.
(A9 TV; 20 Oktyabr 2012)
Səid Özdəmir və Sungur böyük qardaşlarımdır. Bunlar vəli insanlardır. Bədiüzzamanın bizlərə əmanəti olan qardaşlarımızın gümrah, sağlam yaşamalarını istəyirik.
(A9 TV; 20 Oktyabr 2012)





