İndi müsəlman aləmi birləşməyə doğru gedir. Küfr aləmi də birləşəcək. Yəni Allaha, dinə inanmayanlar da deyəcəklər: “Bizim də bir liderimiz olsun.” Onlar da dəccalı özlərinə lider seçəcəklər, bir dəccal seçəcəklər, amma Mehdiyyət şəfqətlə, mərhəmətlə, sevgi ilə, ağılla, elmlə yaxınlaşdığı üçün dəccalın bir gücü olmayacaq.

(A9 TV; 7 dekabr 2012)

Gəncliyin imanının çox gücləndirilməsi lazımdır, amma bu təbii ki, fiqh məlumatı ilə olmaz. Yəni fiqh məlumatı ilə iman artmaz. Artsa da qisməndir. İman həqiqətləri ilə artar iman, elmi dəlillərlə artar. Ağıla xitab edən, ürəyə xitab edən dəlillər, izahatlar olmalıdır.

(A9 TV; 7 dekabr 2012)

Türk əsgəri, türk milləti müsəlman olduğu üçün gözəl əxlaqlıdır, amma bunun daha da güclənməsi üçün, daha xoş olması üçün Darvinist, materialist təhsilin qaldırılması lazımdır. Əsgər qurumlarında Allahın varlığının, birliyinin izah edilməsi lazımdır. Çünki Osmanlıdakı o igid ruh, Çanaqqala döyüşündəki igid ruh imandan qaynaqlanırdı.

(A9 TV; 7 dekabr 2012)

Məscid, ev keyfiyyətli olacaq, paltar keyfiyyətli olacaq, nitqi keyfiyyətli olacaq, istifadə etdiyi ətir keyfiyyətli olacaq. Məsələn, Avropa keyfiyyətə çox əhəmiyyət verir. Həyatlarının keyfiyyətli olmasına diqqət göstərərlər. Müsəlmanın həyatının keyfiyyətli olmasının çox vacib olduğu müəyyəndir.

(A9 TV; 7 dekabr 2012)

Keyfiyyətsizlik və sevgisizlik İslam aləminin ən böyük düşməni, ən böyük əleyhdarıdır. Keyfiyyətsizlik, sevgisizlik düşmənçilik, nifrət dolu insanları öldürmək istəyən, yaralamaq istəyən, təcavüzkar, terrorist ruhlu insanların inkişafına vəsilə olur və o zaman Allah əsirgəsin məhəllələrdə gettolar meydana gələr. Nifrət gettoları meydana gələr. Nifrət edən insanlar yaranar. Bu çox təhlükəlidir.

(A9 TV; 10 dekabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)