Kürd onsuz da mənim qardaşım, mənim parçamdır. Laz da mənim qardaşım, parçamdır. Hamısı bu millətin insanlarıdır. Biz qohumuq, bağlıyıq, ailəyik onlarla. Buna görə onların saçının bir telinə zərər verdirmərik.
(A9 TV; 11 dekabr 2012)
İslam Birliyi olunca kürd olan qardaşlarımızın olduğu bölgələr təbii ki, çox azad, dinc olacaq. Onlara misli görünməmiş bir azadlıq, mədəniyyət, rahatlıq və gözəllik təqdim edəcək İslam Birliyidir.
(A9 TV; 11 dekabr 2012)
Hörmətli baş nazirimiz mənim gördüyüm səmimi qənaətimlə respublika tarixinin ən yaxşı baş naziridir.
(A9 TV; 7 dekabr 2012)
Təhqirdə mütləq məhkəməyə verib hüquqi qarşılığını vermək lazımdır ki, etdiyinin səhv olduğunu görsün. Nəzakətli danışmağın lazımlılığını daha yaxşı anlayar o zaman.
(A9 TV; 7 dekabr 2012)
İnsanların dininə, imanına, müqəddəsatına çirkin hərəkət sənət olarmı? İnsanları narahat etmək, insanları kədərləndirməyə çalışmaq, əsəbləşdirməyə çalışmaq, narahat etmək sənətdirmi? Bu tərbiyə nöqsanlığıdır, mədəniyyət nöqsanlığıdır, ədəb nöqsanlığıdır. Belə sənət olmaz.
(A9 TV; 7 dekabr 2012)
Bütün məsələ dostluqda və sevgidədir. Düşmənçiliklərin qalxması, bu da ancaq Mehdiyyətlə olar. Ancaq Kral Məsihin gəlişi ilə olar. Bunun üçün Allaha yalvarmaq və dua etmək lazımdır.
(A9 TV; 7 dekabr 2012)
Sarsıntılar, bağlanmalar, sıxılmalar fəlakət gətirər. Müstəqilliyin, azadlığın olması, inkişafı bərəkət gətirər.
(A9 TV; 7 dekabr 2012)
Faiz həm yəhudilikdə, həm də müsəlmanlıqda haramdır. Yəni Rəhmani, İbrahimi dinlərdə faiz həmişə haram qılınmışdır.
(A9 TV; 7 dekabr 2012)
Keyfiyyət insanın içini açar. İnsanın çox xoşuna gələr. Yəni keyfiyyət həyatın ən əhəmiyyətli bəzəklərindəndir. Keyfiyyət itsə, insan içinə qapanar.
(A9 TV; 7 dekabr 2012)
Peyğəmbər əfəndimiz (s.ə.v) çox keyfiyyətli bir insan idi. Dişləri tərtəmiz idi. Məsələn, bu bir keyfiyyətdir. Qoxusu xoş ətirlidir. Ən keyfiyyətli ətiri istifadə edir. Ən keyfiyyətli paltarı geyinir həmin dövr üçün. Xitabı son dərəcə keyfiyyətli, seçdiyi cümlələr son dərəcə keyfiyyətlidir. Yerişi çox keyfiyyətlidir. Oturması, qalxması çox keyfiyyətlidir. Yemək yeməsi çox keyfiyyətlidir. Hər yerdə keyfiyyət hakimiyyəti var.
(A9 TV; 7 dekabr 2012)





