Niyyət etmək çox əhəmiyyətlidir. Mehdi (ə.s)-ı axtarmaq, Mehdi (ə.s)-ı sevmək, onun yaşadığını bilirsə əgər ona təslim olduğunu və ona canı könüldən bir məhəbbətlə sevgi bəsləyirsə ruhunda yaşamaqdır. Peyğəmbərimiz (s.ə.v) belə olsa eyni Mehdi (ə.s) ordusunda ömür boyu mübarizə etmiş kimi savab qazanar deyir.

(A9 TV; 8 dekabr 2012)

Namaz qılırsan bir ibadətdir. Mehdiyyət də ibadətdir. Mehdi (ə.s)-a dəstək olmağın, Mehdi (ə.s)-ı müjdələməyin, Mehdiyyət həyəcanını yaşamağın ibadətdir. İsa Məsih üçün darıxmağın, onun tələbəsi olmağı istəməyin ibadətdir. İsa Məsihi qarşılamağa hazırlanmaq ibadətdir.

(A9 TV; 8 dekabr 2012)

Hz. Mehdi (ə.s) bütün canlı varlıqların imamıdır: həm cinlərin, həm də insanların. Mələklər də Mehdi (ə.s)-ı çox sevirlər, dəstəkləyirlər. Allahın əmri ilə, mələklər eyni vəzifəni İsa Məsihlə də, Mehdi (ə.s)-la da yerinə yetirirlər.

(A9 TV; 8 dekabr 2012)

Cəbrayıl və Mikayıl dayanmadan Mehdi (ə.s)-ın yanındadırlar, amma Mehdi (ə.s) onları görməz. Peyğəmbərimiz (s.ə.v), “Üç min mələklə kömək edir” deyir. Bundan əlavə hara gedərsə yanındadırlar. Cəbrayıl, Mikayıl heç yanından ayrılmırlar. Amma Mehdi (ə.s) bunları görə bilməz. O zaman ağlın ixtiyarı qalxar. İmtahan qalxar.

(A9 TV; 8 dekabr 2012)

Yaşadığımız axırzamanda bir tüstü peyda oldu. Bütün dünyanı bir duman bürüdü. Mehdiyyətin əlamətlərindən biri də budur. O dumana görə bu iqtisadi böhran var, döyüşlər və terror var. Bu duman Mehdiyyətin zühuru ilə ortadan qalxacaq. O dumanı paylayan Mehdi (ə.s)-dır.

(A9 TV; 8 dekabr 2012)

Sülh üçün hicri 1400-cü ildən sonra Mehdiyyət dövrəyə girdi. Çünki Kral Məsihi, yəni Mehdi (ə.s)-ı 1980-ci illərdə dünyaya Cənab Allah vəzifəli olaraq göndərdi. Və İsa Məsih də 2002-ci ildə dünya sülhü üçün vəzifəyə başlamış oldu.

(A9 TV; 8 dekabr 2012)

Möminlər cənnətə, kafirlər isə cəhənnəmə gedəcəklər. Amma heç kim cəhənnəmə ya cənnətə gedəcəyindən əmin olmayacaq. Ümid və qorxu arasında olmalıdırlar. Allah elə istəyir. Belə olduqda insan mükəmməl, dəqiq olur, inşaAllah.

(A9 TV; 9 dekabr 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)