Türk əsgəri şəfqətdə, mərhəmətdə dünyada təkdir. Əsgərimiz hara getsə uğur, bərəkət aparar.
(A9 TV; 10 Aprel 2013)
ABŞ cənub-şərqdə bölünməyi təşviq edir, amma Şimali Koreyaya qarşı səsi çıxmır. Çünki Şimali Koreya dinləmir. Deməli, ABŞ sabitlik görəndə geri çəkilir. Biz də millət olaraq bölünməyə qarşı dəqiq və qərarlı münasibətimizi bildirsək ABŞ bu bölmə siyasətindən imtina edə bilər.
(A9 TV; 10 Aprel 2013)
Bədbəxt olan insanların ağlına zərər gəlir. İmansızlıq bədbəxtliyə, bədbəxtlik imansızlığa səbəb olur. Bu sanki öz içində kilidlənmiş bir sistemdir. Bədbəxtlik imansızlığı çəkir. Halbuki, Allah müsəlmanların xoşbəxtliyini istəyir. Allah sevinci bəyənir. Fanatiklər də dayanmadan ağlamağı təşviq edir.
(A9 TV; 10 Aprel 2013)
Diyanətin, həqiqətən, darvinizmi və marksizmi tənqid etməsi çox faydalı olar. Yoxsa insan öldürməyin haram olduğunu onsuz da hər kəs bilir. Bunun izah edilməsi əsas deyil. PKK-nın hamısı darvinist-materialistdir. Amma cənub-şərq xalqı PKK-ya ideoloji olaraq cavab verə bilmir. Əvvəlcə onu həll etmək lazımdır. Anti-darvinist, anti-materialist izahatlar, iman həqiqətləri və Quran möcüzələri tam ehtiyaca istiqamətli olar.
(A9 TV; 10 Aprel 2013)
Baş naziri tək buraxmaq, “nə edirsən et” demək vicdanlı davranış deyil. Millət olaraq ona dəstək olmağımız lazımdır.
(A9 TV; 10 Aprel 2013)
Müxalifətin olması faydalıdır. Bu, bilvasitə hökuməti gücləndirər. Amma hökuməti zəiflədəcək hərəkət doğru olmaz. Ağıllı hərəkət o olardı ki, istər daxili, istərsə də xarici güclərə qarşı millət tərəfindən hökumətin əlini gücləndirək.
(A9 TV; 10 Aprel 2013)
PKK bizdən torpaq tələb etsə bir millət kimi cavabımız bu təklifin rədd edilməsi olacaq.
(A9 TV; 10 Aprel 2013)
Cənnətdə heç görmədiyimiz rənglərlə, heç dadmadığımız dadlarla qarşılaşacağıq, inşaAllah.
(A9 TV; 10 Aprel 2013)
İnsanlar, haşa, Allaha qarşı çıxanda Allah ruzilərini, bərəkətini kəsər. İqtisadi böhranın açıqlaması budur.
(A9 TV; 10 Aprel 2013)
Hörmətli Bağçalı çox ağıllı bir insandır. Narahatlıqlarını dilə gətirməsi çox məqbuldur. Kommunistlər cənub-şərqə hakim olmaq istəyirlər.
(A9 TV; 10 Aprel 2013)





