Quranın xaricində bir yol yoxdur. Allah “sizi təkcə onda rahat buraxaram” deyir, “Rahat yaşayarsınız, gözəllik olar, Mənim istədiyim budur” deyir. Adamlar da deyir ki, haşa, “Ya Rəbbim, biz Sənin istədiyindən kənarda bir şey tapacağıq”. Tapa bilməzsən, sürünərsən.
(A9 TV; 5 Aprel 2013)
Bizim kökümüz İslam, Qurandır. Allah təkcə onda bərəkət yaradar. Təkcə onda hüzur, dinclik yaradar. Ondan kənarda dünya süründü, vəhşi kapitalizmlə, kommunizmlə, faşizmlə məhv oldu.
(A9 TV; 5 Aprel 2013)
Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) sevgi insanlarıdır. Pulla, dünya ilə işləri olmaz, nə hz. Mehdi (ə.s)-ın, nə də hz. İsa Məsih (ə.s)-ın. Onlar daim sevgi, sevgi, sevgi, sülh, sülh, sülh, qardaşlıq, qardaşlıq, qardaşlıq, dostluq, dostluq, dostluq, ədalət, ədalət, ədalət mövzularını müdafiə edib, dəstəkləmişlər.. Onun müəllimləridirlər, inşaAllah.
(A9 TV; 5 Aprel 2013)
Dəccal, şeytan eyni varlıqlardır. Çünki şeytan insan surətinə girir, o şəkildə dəccal olaraq insanların qarşısına çıxır. İnsanlar onu normal insan zənn edir. Halbuki, şeytan normal olaraq insi şeytandır.
(A9 TV; 5 Aprel 2013)
Hz. Mehdi (ə.s) ev sahibi, hz. İsa Məsih (ə.s) qonağımızdır. Mehdiyyəti Allah vəsilə edib, evi hazırlayır. Hz. İsa Məsih (ə.s) sultanımızı da eşqlə, məhəbbətlə bağrımıza basacağıq, inşaAllah.
(A9 TV; 5 Aprel 2013)
Böyük bir mənəvi həyəcana ehtiyac var. Mənəvi coşğu, möcüzəvi bir həyəcana ehtiyac var. Bu mehdiyyətlə təmin edilər.
(A9 TV; 4 Aprel 2013)
Ortaq bir mənəvi həyəcan lazımdır. Bunun üçün darvinizmin-materializmin aradan qaldırılması lazımdır. Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, güclü bir mehdiyyət həyəcanının ortaya qoyulması lazımdır. Metafizik fövqəladəliyin hiss etdirilməsi lazımdır.
(A9 TV; 4 Aprel 2013)
Əgər bir sistem düşünürsənsə, bir yaxşılıq etmək istəyirsənsə onun mənşəyində mütləq Allah qorxusu və Allahın razılığı olmalıdır. Əks təqdirdə, Allah ayədə bildirir ki, özünüz də məhv olar, cəhənnəmin dibinə gedərsiz.
(A9 TV; 4 Aprel 2013)
Sevgi və gözəllik, baxın, Allah bu iki mövzudan məmnun olur. Allahı, Allahın sevdiyini sevəcəksən.
(A9 TV; 4 Aprel 2013)
Bölünmək vətənin, dinin, imanın, hər şeyin getməsi deməkdir. Ölüm kimi deyil, məhv olmaq deməkdir. Cəhənnəmin ortasında oturmuş kimi, Allah göstərməsin. Biz İslam Birliyi istəyirik, Türk-İslam Birliyi istəyirik. Böyük Türkiyə istəyirik.
(A9 TV; 4 Aprel 2013)





