Əhli-Kitaba, xristianlara sahib çıxaq. Şəfqətlə yaxınlaşaq. Əməkdaşlıq ilə, xristianlarla, yəhudilərlə əl-ələ dəccaliyyəti mənəvi cəhətdən yox edəcəyik, inşaAllah. Onlar da Allah birliyini qəbul edirlər.

(A9 TV; 7 Aprel 2013)

Son zamanlarda, “TC qalxdı, TC qoyulmur” elə bir şey yoxdur. Ona heç kimin gücü çatmaz. Elə bir şeyi heç kim xəyalına gətirməsin. Türkiyə cümhuriyyəti qiyamətə qədər olacaq, Allahın izniylə. Türkiyə cümhuriyyəti qiyamətdə bitir. Onun əvvəlində yox, elə bir şey yoxdur.

(A9 TV; 7 Aprel 2013)

Dinsizin halına acımaq lazımdır, ona niyə hücum edirsən? Bundan əlavə dinsizi zorla, məcburən öz dininə çəkə bilməzsən. Dinsizə azadlıq verəcəksən, sən onun işinə qarışa bilməzsən. Kimisə öz sistemindən, öz əxlaqından çəkə bilməzsən. Kiməsə zərəri yoxdursa, sən onun işinə qarışa bilməzsən. Sənin şəxsiyyətinə, ətrafdakılara, cəmiyyətə zərər verirsə, müdaxilə et, buna haqqın var. Amma bu da qanun-hüquq ölçüləri çərçivəsində olar.

(A9 TV; 7 Aprel 2013)

“Dindar ol” deməklə dindar olmazlar. Dindar olmağın mərhələləri var. Dindar olması üçün əvvəl bütləri məhv etmək lazımdır. Əgər bütünü məhv etməmisənsə sənin dinini anlamaz, bütlərinə qayıdar. Darvinizmi məhv etmədən dini izah etməyin mənası yoxdur.

(A9 TV; 7 Aprel 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)