Dəccal qan tökərək gəlirsə Mehdi (ə.s) qan dayandıraraq gəlir. Bu da ikisinin arasındakı fərqdir.
(A9 TV; 30 İyun 2013)
Kommunizm, faşizm, vəhşi kapitalizm, satanizm, azğın olan hər cür düşüncə dəccalın övladlarıdır. Dəccal da onların atasıdır.
(A9 TV; 30 İyun 2013)
Dünya mehdiyyətə görə hazırlanır. Peyğəmbərimiz (s.ə.v) deyir ki, Misirdə bir çox hökumət sınanacaq və müvəffəqiyyətsiz olduğu bəlli olacaq. “Tək çıxış yolunun mehdiyyət olduğu aydın olacaq”― açıq hədisdir. İndi Mursi sınanılır. Mursi ilə heç cür xoşbəxt ola bilməzlər. Tək həll mehdiyyətdir.
(A9 TV; 30 İyun 2013)
Allah mehdiyyət üçün dünyanı min ildən bəri hazırlayır. Mehdi (ə.s) 4000 ildir ki, gözlənilir.
(A9 TV; 30 İyun 2013)
Hər yalançı Mehdi məğlub, rüsvay olacaq.
(A9 TV; 30 İyun 2013)
Mehdiyyətə qarşı mübarizə aparmaq, mehdiyyətə qarşı düşmənçilik etmək olmaz. Əks təqdirdə Allah uğursuzluq və bərəkətsizlik verər. Qədərə, Allaha qarşı üsyan olar. Mehdiyyətə qarşı ediləcək ən gözəl şey mehdiyyətə, Allaha təslim olmaqdır. Bundan başqa bir yol yoxdur.
(A9 TV; 30 İyun 2013)
Allah mehdiyyətin qarşısına çıxan hər maneəni əzər. Heç bir siyasi güc mehdiyyətə meydan oxuya bilməz, oxusa da mütləq məğlub olar. Naməlum, təxmin etmədiyi bir sistem içinə daxil olar. Fərqinə varmadan məhvə doğru gedər.
(A9 TV; 30 İyun 2013)
Mehdiyyət Nuhun gəmisi kimidir. O gəmi ilə səyahət edənlər, bir sözlə, qurtuluşa çatarlar. Mehdiyyətin gəmisinə daxil olmayanlar əzab və zülm içində qalırlar, görürsünüz, iztirab içindədirlər.
(A9 TV; 30 İyun 2013)
Nə ənənəvi sağ, nə kommunist sol insanlara xoşbəxtlik bəxş edəcək. Hər iki tərəfə diqqət yetirsəz əslində hər iki tərəf də bədbəxtdir. Hər iki tərəfin də adamları sevgisizlikdən çirkinləşiblər. Hər kəsdə bir nifrət mimikası var. Sanki çox çirkin sevgisizlik ruhunda rəqabət var.
(A9 TV; 30 İyun 2013)
Sağın sənəti yox, mehdiyyətin isə sənəti var. Sağın şəfqəti əksikdir: Mehdiyyətin şəfqəti isə daha güclüdür. Solun, yəni kommunizmin mərhəməti, şəfqəti, sevgisi yoxdur. Amma mehdiyyətdə var. Hər ikisinin də sənət anlayışı çox dar çərçivədə, demək olar ki, yoxdur. Mehdiyyətin sənət anlayışı çox dolğun, ölçüyə sığmazdır.
(A9 TV; 30 İyun 2013)





