Hər yerdə hiyləli quruluşlar var. Hiylələri parçalayan Mehdi (ə.s)-dır.
(A9 TV; 26 avqust 2013)
Kasıb insanların könlü çox gözəl olar. Zənginləşdikcə-Allahın hikməti, bilmirəm-ürəkdə qatılaşma olur, bir çox insanda belə olur. Amma təbii, aralarında çox yaxşı olanları da var.
(A9 TV; 26 avqust 2013)
Kasıbın sevgisi çox dərin olur. Eşqi, məhəbbəti çox gözəldir. Allaha olan məhəbəti çox gözəldir. Sənətə, estetikaya meyli çox yüksəkdir. Kasıblar hər tərəfli gözəl əxlaqlı olurlar.
(A9 TV; 26 avqust 2013)
Bəzi insanlarda nifrət dəniz kimi olur və bunun içində boğulurlar. İnsanlar sevgini sanki unudublar. Sevginin oyanması üçün çoxlu cəhd lazımdır. Sevgini gündəm halına gətirmək lazımdır. Çünki sevgi daha da gücləndikdə nifrəti əzməyə başlayar və qalib gələr.
(A9 TV; 24 avqust 2013)
Heç bir yerdə sevgi ifadəsinə rast gəlmirik. Hansı internet səhifəsini açsaq hamısında nifrət ifadələri ilə qarşılaşırıq. İslam aləmində də sevgidən bəhs edilmir. Əksinə ağlasığmaz bir nifrət üslubu var. Halbuki, dünyanın əsl ehtiyacı, qidası sevgidir.
(A9 TV; 24 avqust 2013)
Sevgi asanlıqla əldə edilmir, insanlar nifrətə çox meyillidirlər. Sevgiyə həmişə əmək vermək lazımdır, səbir lazımdır.
(A9 TV; 24 avqust 2013)
Öz içlərindəki məzhəb qatı dinçiliyi müsəlmanları məhv edir. Baxıb şahidi oluruq ki, qırğınlara qatı dinçi olan alimlər fətva verir. Hətta Əl-Əzhər şeyxi belə dəstək verir. Hər daşın altında İsraili axtarmaq məntiqli hərəkət deyil.
(A9 TV; 24 avqust 2013)
Misirdəki qırğını İsrailin üstünə yıxmağa ehtiyac yoxdur. Misiri, İsrailli ravvinlər idarə etmədiyinə görə İsraili günahlandırmaq məntiqli deyil. Müsəlmanlar bir-birini qətlə yetirir.
(A9 TV; 24 avqust 2013)
Müsəlmanların birləşməsini istəməmək nə deməkdir? Şeytandan Allaha sığının.
(A9 TV; 23 avqust 2013)
Peyğəmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar hədislərində Suriya Gutada döyüşün sıxlaşacağına diqqət çəkmiş, Gutanın, şəhidlərin ən sıx olacağı yer olduğunu bildirmişdir. Bu böyük bir möcüzədir.
(A9 TV; 23 avqust 2013)





