Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var.
(A9 TV; 23 avqust 2013)
Müsəlman olan kəs kilsə yandırmaz, kilsəni qoruyar.
(A9 TV; 23 avqust 2013)
Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir.
(A9 TV; 23 avqust 2013)
Dünyada baş verən bəlaların, qarşıdurmaların, zülmün bitməsinin tək bir həll yolu İslam aləminin birləşməsidir.
(A9 TV; 23 avqust 2013)
“Xristian aləmi birləşin, müsəlmanları xilas edin” deyirlər. Amma diqqət yetirin: “İslam aləmi birləşsin” demirlər. İslam Birliyi deyildikdə, “belə şey olmaz, birləşə bilməzlər” deyirlər. Xristian aləmi birləşsin, bəs müsəlmanlar niyə birləşməsin?
(A9 TV; 23 avqust 2013)
Allahı sevən insanların yaşadıqları məkan çox rahat olur.
(A9 TV; 23 avqust 2013)
Hz. Mehdi (ə.s) dövründə ruzi, bərəkət, bolluq sel kimi axacaq, inşaAllah.
(A9 TV; 22 avqust 2013)
Ağrılar, iztirablar daha da artacaq. Müsəlmanlar “yetər!” deyib və Mehdi (ə.s)-ı tapacaqlar. Mehdi (ə.s)-dan ümmətin başçısı, lideri olmağını istəyəcəklər. Mehdi (ə.s) əvvəlcə qəbul etməyəcək. “Ümmət qan dənizində üzür, qəbul et. Qəbul etməzsənsə axan qanların günahı sənin boynuna olsun” deyəcəklər. Beləcə Mehdi (ə.s) özü istəmədiyi halda ona beyət edəcəklər.
(A9 TV; 22 avqust 2013)
Təkcə “Misir xilas olsun! Fələstin xilas olsun!” demək doğru deyil. “Müsəlmanlar birləşsin” demək lazımdır. Bütün İslam aləminin qurtuluşunu, bütün insanlığın qurtuluşunu, müsəlmanların liderliyi ilə bütün insanların qurtuluşunu istəmək lazımdır. Rusiya, Çin, hamısı xilas olsun. Biz eqoist dünyagörüşünü inkişaf etdirə bilmərik.
(A9 TV; 20 avqust 2013)
Mehdi (ə.s)-ı Allah seçər. Xalqın seçkisi ilə müsəlmanlara bir lider seçmək mümkün deyil. Allahın seçdiyi Mehdi (ə.s)-ı tapmaq yolları vardır. Bunun üçün də dəlillər ortadadır.
(A9 TV; 20 avqust 2013)





