Bütün millətimiz dinlə oturub dinlə qalxar, dinlə yaşayar. Din olmasa həyatın mənası, yaşamağımızın mənası olmaz. Din yoxdursa niyə yaşamaq istəyək? O zaman həyatın nə mənası qalar? Yaşamağımızın tək səbəbi din, axirət, Allah sevgisidir. Allah sevgisi yoxdursa, Allah qorxusu yoxdursa, axirət inancı yoxdursa həyatın da heç bir mənası yoxdur.
(A9 TV; 28 avqust 2013)
Birlik, bərabərlik zəmanətdir, dinclikdir, dindarın və dinsizin qorunmasıdır. Quranda birlik vardır.
(A9 TV; 28 avqust 2013)
Mehdiyyətə müqavimət göstərildikcə qatı dinçilik, şiddət və terror getdikcə dünyanı bürüyər. Nifrət geniş yayıldığı üçün bölgədə Əl-qaidə üslublu quruluşların tərəfdar tapması, silah və ya pul tapması çətin olmur.
(A9 TV; 28 avqust 2013)
Öldürməyin yaxşısı pisi olmaz. Hər ikisi də rüsvayçılıqdır. Adam öldürmək, insan qanı axıtmaq vəhşilikdir, haramdır. Allah “bir insanı öldürmək, bütün insanları öldürmək kimidir və qarşılığı sonsuz cəhənnəm əzabıdır” deyir.
(A9 TV; 28 avqust 2013)
Misirli müsəlmanlar qibtilərə, yəhudilərə, xristianlara qarşı çox sərt rəftar edirlər. Rəftarlarını dəyişməlidirlər.
(A9 TV; 27 avqust 2013)
Sunqur Ağabəy “Adnan qardaş, sən Zülqərneyn səddisən. Küfr səni aşıb bizə gələ bilmir” deyir
(A9 TV; 27 avqust 2013)
Rəbbimiz Allah yolunda mübarizə edənlərə xəstəlik verməsin. Alimlər çox əhəmiyyətlidirlər. Asan yetişən insanlar deyillər.
(A9 TV; 27 avqust 2013)
Ən böyük rahatlıq ədalətdir, Mehdi (ə.s) ədaləti bütün dünyada təmin edəcək.
(A9 TV; 27 avqust 2013)
Xristian və yəhudi nifrətini dəstəkləyənlər çox səhv edirlər.
(A9 TV; 27 avqust 2013)
Yəhudiləri alçaq görən bir üslub, bərəkətsiz və uğursuz bir üslubdur. Quranda yüzlərlə ayədə yəhudilərdən bəhs edilir. Allah dindar bəni-İsrail xanımları ilə evlənə bilərsiniz deyir. İsrail düşmənliyi uğursuzluq gətirər, Qurana uyğun deyil və günahdır.
(A9 TV; 27 avqust 2013)





