Mehdi (ə.s) hansı ölkədədirsə, o ölkə liderdir. Allah Mehdi (ə.s)-ı Türkiyəyə göndərmiş, Türkiyə lider olacaq.
(A9 TV ; 6 yanvar 2014)
İnsanın özünü tənqid etməsi, nəfsini təmizə çıxartmaması, müsəlmanı vəli xarakterli edər, üstün edər. Özünü qınaması onu ağıllı və sağlam edər. Özünü ucaltdıqca xəstə olur. Havalanar. Özünü qınasa, nəfsini tənqid etsə ucalar, açılar, ağıllı olar.
(A9 TV ; 5 yanvar 2014)
Qatı dinçilərin gətirdiyi xurafatlar qaranlıq sənədlərdir, uydurmadır. Zənn və təxminlə ortaya atılmış yalanlardır. Elə sənəd olmaz. Açıq-aşkar sənəd olmalıdır. Açıq-aşkar sənəd nədir? Qurandır.
(A9 TV ; 5 yanvar 2014)
Xurafatlarla din yayılmaz. Din açıq-aşkar sənədlə yayılar. Xurafat müəllimlərinin izah etdiyi din anlayışından İslam aləmi cəhənnəmə çevrildi. Xurafatlar İslam aləmini cəhənnəmə çevirdi.
(A9 TV ; 5 yanvar 2014)
Ədalət ancaq Mehdi (ə.s) ilə yaranar. Nə qədər cəhd edirlərsə etsinlər, hökumətlər, dövlətlər, nə qədər səy göstərsələr də həqiqi ədalət, ancaq Mehdi (ə.s) tərəfindən təmin edilir. Ondan başqa ədalət olmur.
(A9 TV ; 5 yanvar 2014)
Qatı dinçiliyə qarşı sevgi, məhəbbət, eşq dolu, azadlığı müdafiə edən İslam anlayışı lazımdır. Belə olduqda dünya rahatlanar.
(A9 TV ; 4 yanvar 2014)
Qatı dinçiliyin olduğu heç bir ölkə qurtulmaz. Qatı dinçilik dəccaliyyətdir. Həyatımıza qatı dinçilik girsə məhv olar. Üstəlik, qatı dinçilik narkotik kimidir. Bir yerdən başladısa artıq o yavaş-yavaş, təcridlə cəmiyyəti əhatə edər, bəlaya salar. Ona görə də lap əvvəldən qatı dinçiliyə icazə verilməməlidir.
(A9 TV ; 4 yanvar 2014)
Peyğəmbərimiz (s.ə.v)-in açıq şəkildə “şəxs” olaraq bildirdiyi hz. Mehdi (ə.s)-ı, bəzi alimlərin “şəxsi mənəvi” deyərək gizlətməsi müsəlmanları çıxılmaz yola aparır. Fitnəyə, iztiraba, çıxılmaz vəziyyətə aparır. Amma mehdiyyət və İslam Birliyi inancı bərəkətə, bolluğa, gözəlliyə aparır.
(A9 TV ; 3 yanvar 2014)
Hər şeydə bir xeyir var. Mehdiyyətin bir mərhələsindəyik.
(A9 TV ; 3 yanvar 2014)
Allah ümməti xəbərdar edir. ”Əgər birləşməsəniz, bir liderin ətrafında birləşməsəniz sizi məhv edərəm. Bir-birinizə düşmən olsanız, gücünüz, qüvvəniz itər” deyir. “Əks təqdirdə zəfər, qələbə verərəm, gözəllik, hakimiyyət olar” deyir. Bunlardan birini müsəlmanlar seçəcəklər.
(A9 TV ; 3 yanvar 2014)





