Siyasət deyilərkən ilk öncə ağıla sevgi, məhəbbət gəlməlidir. Siyasət sevginin əmrində olmalıdır. Siyasət sevgiyə xidmət etməlidir. Mehdiyyət dövründə siyasət eşqin, sevginin qaynağı olacaq. Siyasət eşqi, sevgini əldə etmək üçün istifadə ediləcəkdir, inşaAllah.
(A9 TV; 3 fevral 2014)
Almaz da yonulanda qiymətli olur. Amma təbii yonulmamış elə də qiymətli olmur. İnsan da elədir; incəliklə nizama salınanda, öyrədildikdə keyfiyyətli olur. Nə ərinmək, nə də əmək verməkdən çəkinmək doğru deyil.
(A9 TV; 3 fevral 2014)
İnsanları xurafata görə deyil, səhabə İslamı ilə, mehdiyyət İslamı ilə öyrətdikdə vəli xasiyyətli insanlar olar. Ona görə mehdiyyətin əhəmiyyəti böyükdür.
(A9 TV; 3 fevral 2014)
Vicdanını istifadə edən, Qurana tabe olan bir insan şəffaf İslam, səhabə, mehdilik yolunu görür.
(A9 TV; 3 fevral 2014)
Millət olaraq Tayyib müəllimin əzilməsinə icazə vermərik, onu deyim. Onu unutsunlar. Onların modası keçdi. Bura üçüncü dünya ölkəsi deyil. Amerikada üç-beş adam xoşlamır deyə biz Tayyib müəllimi onların ayağına vermərik.
(A9 TV; 2 fevral 2014)
Tayyib müəllimin sevəni çoxdur. Allaha həmd olsun. Millət onu Anadolu igidi olaraq bağrına basır. Saçından bir telin əksilməsinə icazə vermərik. Qəlbən, səmimi, çox gözəl xidmətləri var.
(A9 TV; 2 fevral 2014)
Türkiyə, imanımız, inancımız bir poladdır. Türkiyəni böldürtmərik. Həmçinin, muxtariyyət kimi, bölünməyə aparan hər hansı yola icazə vermərik. Onu unutsunlar.
(A9 TV; 1 fevral 2014)
Quru-quru sevgi olmaz. Sevginin qidası vardır, yoxsa sevgi ölər. Növbənöv qidası var. Birincisi səbir, ikincisi bağışlamaq, üçüncüsü səxavətli olmaq, başqalarını düşünmək, dərin, incə düşünmək, vəfa―saymaqla bitməz. O qidaları almadan sevgi yaşaya bilməz.
(A9 TV; 1 fevral 2014)
Allah qorxusu olmadan sevgi olmur. Allah qorxusu olmazsa eqoist olarsan, xudbin olarsan. ”Çox sevirəm” deyir, eqoistsən, mərhəmətli deyilsən, səxavətli deyilsən. Necə sevəcəksən? Getdi sevgi, yandırdın getdi. Allah qorxusu sevginin təməli olan bütün ehtiyaclarını təmin edir.
(A9 TV; 1 fevral 2014)
Allah qorxusunun da məqsədi sevgidir. Allah ”Məndən qorxun” deyir. Orada Allahın məqsədi Özünün sevilməsidir. Əsas məqsəd orada sırf qorxu deyil. Allahın istədiyi qorxunun meydana gətirəcəyi sevgidir.
(A9 TV; 1 fevral 2014)





