Sevilən, sevən bir insan niyə intihar etsin? Sıxılır, sevgi yoxdur. Sağa dönür sevgi yox, sola dönür sevgi yoxdur. Narkotik alır yenə xilas ola bilmir. Sonra da intihar edir, Allah göstərməsin.
(A9 TV; 1 fevral 2014)
Dünyadakı ən vacib qida, imandan qaynaqlanan sevgidir. Olmadımı bitdi. İstədiyin qədər körpü sal, yol sal, binalar tik. Məsələn, Nyu York çox zəngindir, amma hər gün bir adam özünü öldürür. Hər yerdə intiharlar olur, insanlar narkotikdən istifadə edir.
(A9 TV; 1 fevral 2014)
Dünyada sevgiyə əhəmiyyət vermirlər. Halbuki, ən böyük dəbdəbə sevgidir. Sevgisiz dünya ölər, məhv olar.
(A9 TV; 1 fevral 2014)
Bölgədəki bu acıların, bu bəlanın səbəbi xurafatdır. Xurafatçılıq İslam aləmini məhv etdi, son 300 ildən bəri şiddətli iztirab davam edir. Mehdiyyətlə, bu aradan qalxacaq, inşaAllah.
(A9 TV; 29 yanvar 2014)
Dünyanın ən güclü iki ölkəsi Türkiyə və İrandır, birləşdisə onsuz da bitdi. Sırf Yaxın Şərq zəngin olmaz, Amerika da, Rusiya da, Çin də zəngin olar.
(A9 TV; 29 yanvar 2014)
Adam kommunistmi? “Bombalayaq” deyirlər. Kommunistdirsə öyrət. Bomba yağdırınca kitab yağdır. Həm savab, həm gözəllik, həm xeyir, həm bərəkət, həm də Allah rizasına uyğundur. Hərtərəfli gözəldir.
(A9 TV ; 27 yanvar 2014)
Darvinizm dəccaliyyətin qılıncıdır. Darvinizmi yıxsan dəccaliyyət bitər.
(A9 TV ; 27 yanvar 2014)
Müsəlman alim asan tapılmır. Müsəlman camaatı asan tapılmır. Camaatı, alimi yormaqdan çəkinmək lazımdır.
(A9 TV ; 27 yanvar 2014)
Allahın mərhəmətinə, şəfqətinə, ağlına güvənəcəklər. Çünki sənin mərhəmətini O yaradır, şəfqətini O yaradır, məntiqini O yaradır.
(A9 TV ; 23 yanvar 2014)
Şagirddən ödəniş haqqı alınmaz. Tələbə olmaq onsuz da çətindir, nə ödəniş haqqı? Dövlət onlara oxuduqları üçün pul verməlidir. Tələbədən pulmu alınır? Şagirdə pul verilir, imkan verilir.
(A9 TV ; 23 yanvar 2014)





