İraq yerlə yeksan olacaq. Mümkün deyil, mehdiyyətdən kənarda dünya xilas olmaz. Mehdi (ə.s)-a tabe olmaqdan başqa xilas olmaq mümkün deyil. Anlamazlığa vursalar, Allah zorla izah edəcək. İllah ki, Mehdi (ə.s), illah ki, İsa Məsih, illah ki, İslam Birliyi.

(A9 TV; 14 fevral 2014)

Belə rahatlıqla evlərinizdə oturub çeklə, sənədlə, ticarətlə məşğul olmağınız, məktəblərinizi bitirib, evlənib, işinizdə-gücünüzdə olmağınız bir başqa dünya olur. Belə bir şeyə Allah icazə verməz. Allah dünyanı bunun üçün yaratmadı. Allah, Mehdi (ə.s)-ın zühurunu, İsa Məsihin zühurunu, İslamın dünyaya hakimiyyətini istəyir.

(A9 TV; 14 fevral 2014)

Elmlə, mədəniyyətlə İslam hakim olar. Nə siyasətlə hakim olar, nə onunla, nə bununla, nə məktəb açmaqla, heç nəylə olmaz. Bir-bir yalnız iman həqiqətlərini, Quran möcüzələrini izah etmək, mehdiyyəti müjdələmək, Allaha sığınmaq, qardaş olmaq, sevgi dolu, mərhəmətli, nümunə olmaqla hakim olar. Bunlar həll olundusa tamamdır, inşaAllah.

(A9 TV; 10 fevral 2014)

Türkiyə möhkəm ölkədir. Gəncliyi möhkəmdir, təhsili mükəmməldir. Millətimiz çox ayıqdır. Xurafat, qatı dinçilik Türkiyədə ancaq gülünc mövzu ola bilər. Heç kim icazə verməz.

(A9 TV; 10 fevral 2014)

Hər mövzuda dürüst məlumat vermək, dürüst yanaşmaq əhəmiyyətlidir. Yəni kor-koranə İsrail düşmənçiliyi axmaqlıqdır, səfehlikdir. Həqiqətən anormal bir şey varsa hüquqla, qanunla cavab verirsən. Amma nifrət siyasətinin bir izahı yoxdur. Bu dəlicəsinə İsrail nifrəti düzgün deyil.

(A9 TV; 10 fevral 2014)

Din, dünyanın ruhudur. Allah dini dünyaya bir nemət olaraq verir. Dünyanı yaradarkən Allah dünyadan necə istifadə ediləcəyini də yanında kitabça kimi yazmış, Kitabla bizə bildirmişdir. Allahın dediyi kimi istifadə etsək dünya cənnət kimi olar.

(A9 TV; 7 fevral 2014) 

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)