”Ya Rəbbim, mən nəyəm ki? Mən Sənə çox yaxınlaşa bilmərəm, çox sevə bilmərəm”― bu, küfrdür. Allah sonsuz insanın könlünü Allaha açmışdır. Yaxınlaşmağın sərhədi yoxdur, Allaha nə qədər istəsə o qədər yaxınlaşa bilərsən.

(A9 TV; 23 fevral 2014)

Şirk böyük bəladır. Allahın sevmədiyi şirkdir. ”Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi” deyilməsidir. Allah ”hamısını Mənim etdiyimi bilin, Mən də sizə olan nemətimi artırım” deyir. Amma ”mən etdim desəniz onda sizi tərk edərəm və cəzalandıraram” deyir Allah.

(A9 TV; 23 fevral 2014)

 

İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir.

(A9 TV; 23 fevral 2014)

Xalqın çox hissəsi dəhşəti, gücü kim əlində tutursa ona meyl göstərər. Buna görə bu seçkinin ədalətli olması üçün, dövlət Cənub-şərqdə gücünü göstərərək xalqın üstündəki dəhşət və qorxunu tamamilə qaldırmalıdır. Yoxsa PKK-nın silahlarının kölgəsində aparılan seçkinin ədalətli bir seçki olması çox çətindir.

(A9 TV; 22 fevral 2014)

Mehdiyyət əziyyətli, uzun bir dövrdür. Bir çox şey gəlib keçər, bir çox şey gəlib keçər, mehdiyyət körpü kimi dayanar. Mehdiyyət sonda axirətə də, dünyaya da bir gözəllik olaraq insanlara nurunu saçar.

(A9 TV; 22 fevral 2014)

Allah səbri əsas götürür. Bura imtahan yeridir. Axşam nişan, səhər toy olmaz. Mütləq ki, əziyyətli uzun bir dövr keçəcək. İmtahan olunacaqsan.

(A9 TV; 22 fevral 2014)

Bizim könlümüz axirətdədir. Bizim könlümüz Rəbbimizin razılığındadır. Vəzifədə, mövqedə deyil.

(A9 TV; 21 fevral 2014)

Yəhudi düşmənliyi, yəhudi əleyhdarlığı, xristian düşmənliyi, xristian əleyhdarlığı, buddist nifrəti, yaxud ateistlərə qarşı öldürücü bir nifrət― bunlar zülmdür, ağılsızlıqdır, qəddarlıqdır. Allah səni də ateist, yəhudi və ya xristian yarada bilərdi. Biz onlara şəfqətli olmaq və mehriban davranmaqda məsuluq.

(A9 TV; 21 fevral 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)