Allah bir detal, hikmət yaradarkən mömin: “Biz Onun elminə bələd olamaya bilərik. Amma O bizim hər şeyimizi bilir. Biz Ona təslim olmuşuq”―deməlidir.

(A9 TV; 18 may 2014)

Hüceyrə Allahın sənətinin çox ehtişamlı təcəlli etdiyi yerdir. Bir insanı hüceyrənin içinə atsan, orada bir həftə yaşasa alını səcdədən qalxmaz. Oraya girəmədikləri, o aləmi görəmədikləri üçün insanların imanları zəif olur.

(A9 TV; 18 may 2014)

İnsan xromosomun içinə girsə, o sistemi görsə ömür boyu alını səcdədən qalxmaz. Hüceyrənin içinə girib özü zülal olsa, orada bir funksiya yerinə yetirsə, gəzsə həyəcandan nəfəsi kəsilər, Allaha aşiq olar. Oraya məhz qəlblə, ağılla girmək lazımdır.

(A9 TV; 18 may 2014)

Allahın nə demək istədiyini görmək lazımdır. Allah Özünə yaxınlaşdırmaq, Özünü xatırlatmaq istəyir. Sən təkidlə xatırlamaq istəməsən, Allaha yaxınlaşmaq istəməsən fəlakətlər ardı-ardına gələr.

(A9 TV; 18 may 2014)

Şiddətdən şiddət yaranar. Ancaq sevgi ilə, mərhəmətlə, dostluqla, qardaşlıqla Liviyada tarazlıq olar.

(A9 TV; 18 may 2014)

Allah ilə əlaqənin heç kəsilməməsi lazımdır. Allah ilə əlaqə kəsilsə insan təvəkkülünü itirər. Təvəkkülünü itirən isə çox əsəbi, gərgin və narahat olar. Təvəkkül etməyi bir saniyə belə unutmamaq dünyada ən böyük nemətlərdəndir.

(A9 TV; 15 may 2014)

Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.

(A9 TV; 14 may 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)