Sevən adam necə xəsis olar? Səxavətli olur, hesabını aparmadan malını paylayır. İnsan sevdisə Allah eşqindən sanki Allahın dəlisi olur. Gözü başqa şey görməz. “Malı neynirəm mən?” deyər. Sevgi axtarar, Allah eşqi ilə divanə olar.

(A9 TV; 28 iyul 2014)

Allahın Özünü gördüyü kimi Allahı görmək mümkün deyil. Çünki haşa Allah olmaq lazımdır, Onu sonsuza qədər bilməyəcəyik. Amma təcəlli olaraq cənnətdə, məsələn, bir gözəl gənc görünüşündə Allah təcəlli edir.

(A9 TV; 28 iyul 2014)

“Haqqəl yaxın” dərəcədə iman hər kəsdə olmaz. Çox nadir olar. O zaman hər kəs Mehdi (ə.s) hökmündə olar, hər kəs İsa Məsih hökmündə olar. Elə bir şey olmur. Təslim olmuş olurlar. Amma Allah onu iman olaraq qəbul edir.

(A9 TV; 27 iyul 2014)

Yasdan bir şey çıxmaz. Yas çox passiv bir hərəkətdir; ancaq ağlayırsan yaxud üzülürsən yaxud qəmgin olursan. Yas həll yolu deyil, İsrail və Fələstini barışdırmaq həll yoludur. Sülh üçün də hər iki tərəflə əlaqə qurmaq həll yoludur. Bir tərəfə qəzəbli olub əlaqə qurmasan sülh olmaz.

(A9 TV; 21 iyul 2014)

Boş yere insanlar acı çəkir. İttihad-ı İslamı qəbul etsələr, Mehdiyyəti qəbul etsələr hər yer cənnətə dönəcəkdir. Allaha qarşı müqavimət göstərdikləri üçün Allah böyük əzab verir.

(A9 TV; 18 iyul 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)