Bütün kainatda Allah Nurdur. Nur; insanın ağlının qəbul edə biləcəyi ən gözəl görünüş, qəlb açıqlığı, gözəllik, imandan qaynaqlanan fərahlıqdır.
(A9 TV; 16 avqust 2014)
Bir insan öz mədəniyyətini bəyənmirsə keyfiyyətli insan ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik, başqa mədəniyyətə meyllilik vardır deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini, zənginliyini görə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə və göstərə bilmirsənsə, sadəcə başqa mədəniyyətə meylli insansan deməkdir.
(A9 TV; 15 avqust 2014)
Estetika, keyfiyyət qatı dinçi insanda olmaz; onsuz da başa düşməz. Gözəl bir mənzərə ona təsir etməz; gözəl bir heykəl, gözəl bir musiqi təsir etməz. Hamısı üçün deyil, bir qismi belədir.
(A9 TV; 15 avqust 2014)
Qatı dinçilik sevgisizliklə iç-içədir. Qatı dinçilikdə məhəbbət, sevgi, mərhəmət yoxdur. Həsəd aparmaq, qısqanclıq, nifrət, eqoizm və qürur vardır, təkəbbür vardır.
(A9 TV; 15 avqust 2014)
Qat dinçiliyə qarşı CHP-nin çox güclü qarşı çıxması lazımdır. Qatı dinçilik ancaq dindarlıqla aradan qaldırılır. Qatı dinçilik dinsizlik, materialistliklə qaldırılmır, solçuluqla qaldırılmır. O zaman din həmişə qalib gələr, əzib keçər.
(A9 TV; 15 avqust 2014)
Yaşamaq üçün yaşatmayacaqsan məntiqi çox eqoist və çox mərhəmətsiz bir hərəkətdir. Elə yaşamağın bir mənası yoxdur, o zaman heç yaşamamaq daha yaxşıdır. Elə eqoist, vəhşicə yaşayacaqsansa heç yaşama. İnsan kimi yaşamaq üçün yaşanar. Müsəlman kimi yaşamaq üçün yaşanar. Vəhşicə yaşamaq üçün yaşanılmaz.
(A9 TV; 14 avqust 2014)
Müasir İslam anlayışını müdafiə edən aydın, mütərəqqi CHP-dir. İslam Birliyini müdafiə edən Cümhuriyyət Xalq Partiyasıdır. Asanlıq və gözəllik budur. CHP-ni qurtaracaq ən gözəl düstur da budur. İslam Birliyi, müasir İslam. Bu ikisi CHP-yə hakim olursa, CHP-nin birinci partiya olması an məsələsidir.
(A9 TV; 13 avqust 2014)
Türkiyə böyüyəcək, Turan olacaq! Böyük bir İslam Birliyi olacaq. “Qırmızı Alma” deyərkən, almanın əsas hissəsi Türkiyəyə paylandı hal-hazırda.
(A9 TV; 13 avqust 2014)
Xalq özünə hörmətsizliyi istəmir. Özünə hörmət, şəfqət duyulmasını, sevilməsini istəyir. Kim sevgi, şəfqət göstərirsə, onun tərəfində olarlar. Kim hörmətsizlik etsə xalq ondan qorxar, narahat olar. Kim yuxarıdan baxarsa, ondan narahat olar.
(A9 TV; 13 avqust 2014)
CHP-lilər İslamı, müasir İslam anlayışını ön plana alsınlar; çünki Atatürkün, rəhmətlinin idealı o idi, İslam Birliyi idi. İslam Birliyindən bəhs etsinlər, Atatürkün müasir İslam anlayışını ön plana gətirsinlər; gözəl bir nəticə olsun.
(A9 TV; 13 avqust 2014)





