Beyin həqiqətə istiqamətləndirildiyində “Alisa Möcüzələr ölkəsində”-ki kimi olar. Pərdə qalxır, Yaradanın sevinc verəcək, heyrətlər içində qalacaq aləminə giririk. Elə bir aləmdir ki, ucu-bucağı yoxdur. Sonsuzdur. Hər birində nəfəsimiz kəsilir. O sənətdən o sənətə, o gözəllikdən o gözəlliyə.

(A9 TV; 25 avqust 2014)

Yaradanın gücü nəfəs kəsicidir, amma imanın nuruyla baxana. Qəflət gözüylə baxan gündəlik hadisələrin acısıyla məşğul olur. Yeməyini yeyə bildimi, yata bildimi, işləri yolunda gedirmi, filankəslə qısqanclıq rəqabəti varmı? Boş işlər.

(A9 TV; 25 avqust 2014)

Allahın yaratma sənətini çox düşünmək lazımdır, həm öyrənmək üçün, həm də zövq almaq üçün düşünmək lazımdır. Bunda zövq vardır. Çünki təəccüblənmək və heyrətlənmək çox zövqlüdür. Düşünə-düşünə heyrət edib, heyrətin də zövqünü ayrıca almaq lazımdır.

(A9 TV; 25 avqust 2014)

Allahdan qorxan çox ağıllı olur, halalda, haramda çox dəqiq olar, bütün hərəkətləri müvazinətli və düzgün olar. Allahdan qorxmasa, Allah uzaq eləsin, onsuz da rəftarlarında dərhal əks olunur. Ağzına gələni deyir, istədiyi kimi hərəkət edir. Müsəlman, Allahdan qorxduğunda hər şeyi seçərək, çox diqqətli və uyğun olan gözəl rəftar göstərir. Eqoistlikdən, xudbinlikdən uzaq olur.

(A9 TV; 18 avqust 2014)

Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir.

(A9 TV; 18 avqust 2014)

Türkiyənin ən böyük problemi mənəviyyatdır, mənəvi inkişafdır. Darvinizm-materializmin elmlə, mədəniyyətlə yox edilməsi, Quran möcüzələrinin, iman həqiqətlərinin izah edilməsi lazımdır, mövzu budur. Onun xaricində, Türkiyə onsuz da inkişaf etməkdə olan bir ölkədir. Türkiyənin əsl beyin inqilabına, ruh inqilabına ehtiyacı var.

(A9 TV; 17 avqust 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)