CHP-nin çox dindar olması lazımdır. Dindar olsa, iqtidar olar. Bu qədər. Qarışıq bir şey yoxdur. Müasir dindar. Hər kəs fəxr edər. Ta 1800-cü illərdən qalma solçuluqla, 2014-cü ildə siyasət yürütmək mümkündürmü? 1800-cü illərdə qalmışdır o düşüncə.

(A9 TV; 10 avqust 2014)

Dünyada yaxşılar, sevənlər, sevgini axtaranlar hər yerdə bir-birini axtarıb tapmalıdır. Bunu sürətləndirmək lazımdır. Dəhşəti, terroru, anarxiyanı istəyənlər bir-birlərini tapırlar; qoruyub mühafizə edirlər, hər yerdə dəstəkləyirlər. Amma sevgini müdafiə edənlərin bir çoxu bundan xəbərsizdir. Sevgini müdafiə edənlərin bir-birləriylə çox yaxşı əlaqədə olması lazımdır, bunun üçün çox məşğul olmaq lazımdır.

(A9 TV; 10 avqust 2014)

Xurafatçılara nifrət gözü ilə baxmaq doğru deyil. Xurafatçı zamanla xəstələnmiş bir insandır. Uzun zaman içərisində bir-birlərini də xəstəliklə gücləndirən insanların bu xəstəliyinin daha da artdığını görürük. Onun üçün müşfiq bir üslubla, şəfqətli bir üslubla, ağıllı yaxınlaşmaq lazımdır.

(A9 TV; 3 avqust 2014)

Xurafatçılıq insanlıq tarixinin ən böyük fəlakətidir. Faşizmdən daha da betərdir. Kommunizmdə yenə insanlara nəyisə izah edə bilərsən, xurafatçıya heç nəyi izah edə bilməzsən. Dəhşətli vəhşilikdir xurafatçılıq.

(A9 TV; 3 avqust 2014)

Zaman çox möhtəşəm örtüdür. Allah zamanla mehdiyyəti tül kimi örtmüşdür. Zamana yayır, yavaş-yavaş olduğu üçün hiss olunmur.

(A9 TV; 3 avqust 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)