Asıb-kəsən insandan xəlifə olmaz. Sevgi insanından xəlifə olar. Dünyanı kim cənnətə çevirməyə çalışarsa, xəlifə odur. Cənnət əlamətlərini dünyaya kim gətirsə, xəlifə odur.

(A9 TV; 3 sentyabr 2014)

Sənət adamına çox yaxşı sahib çıxmaq lazımdır. Sənət adamı asanlıqla yetişmir. Sənət adamı insanlara gözəllik təqdim etməyə çalışan, gözəl insan deməkdir. Sənət adamının dərdi, günü gözəllikdir. Onlara da, ona görə gözəl rəftar göstərmək, qorumaq, sahib çıxmaq lazımdır.

(A9 TV; 2 sentyabr 2014)

Dənizlə zarafat etmək olmaz, dəniz təhlükəlidir. 100-150 metr dərinlik, nə deməkdir bu? Hovuz, ən çox yarım metr olmalıdır. Çimərlik də elə, ən çox 1.5 metr. Əlindən tutub çıxaracaq qədər. 1.5 metrdən artığına icazə verilməməlidir.

(A9 TV; 31 avqust 2014)

PKK xoşagəlməz hərəkətləri buraxmalıdır. Yaşamaq istəyirlərsə mütləq hara gedirlərsə çıxıb getsinlər, aşağı tərəflərdə bomboş ərazi var. Getsinlər özlərinə bir məkan tutsunlar, orada yaşasınlar. Bizdən uzaq olsunlar. Türkiyədə biz kürd qardaşlarımızla xoşbəxt və rahatıq.

(A9 TV; 31 avqust 2014)

PKK heç vaxt və qətiyyən silah buraxmayacaqdır. Silahı buraxdığı an PKK yox olar, PKK-ya kürəyini dayayan partiyalar varsa, onlar da buxar olar. Onlar silahla ayaqda dayanırlar. Silah getsə, onlar da gedər.

(A9 TV; 30 avqust 2014)

Biz sırf sevgiylə yaşayacaq kimiyik. Hava, su olmadan necə yaşaya bilmiriksə, sevgi olmadan da yaşaya bilmərik. Biz sevgiyə görə yaradılmışıq.

(A9 TV; 29 avqust 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)