Keyfiyyətli əşyadan deyil, keyfiyyətli insandan başlamaq lazımdır. Keyfiyyətli insan olmadıqdan sonra keyfiyyətli əşyaya, keyfiyyətli məkana da heyf olar. Əvvəl keyfiyyətli insan yetişdirmək lazımdır. Onun üçün də keyfiyyətli fikir inkişaf etməsi lazımdır.

(A9 TV; 9 sentyabr 2014)

İsrarla və qətiyyətlə sevginin müdafiəsi lazımdır. Döyüşü müdafiə etmək insanlara zövqlü, asan və məqbul gəlir. Sevgini müdafiə etmək də çətin, mənasız və qeyri-mümkün gəlir. Halbuki, ən asanı və ən gözəlini buraxmış olurlar. Ən şeytani, ən çətin, ən mərhəmətsiz yola girirlər.

(A9 TV; 9 sentyabr 2014)

Türkiyə içərisində biz kürd qardaşlarımızı ayrı-seçkilik etməyik. Ailənin içərisində otaqlar polad divarlarla ayrılmır. Biz bir ailəyik, heç bir şəkildə qardaşlarımızdan ayrılmarıq. Sən polad divarlar hazırlamağa çalışsan, biz o divarları yıxarıq. Boş yerə də həvəslənməyin, belə bir şeyə icazə vermərik.

(A9 TV; 8 sentyabr 2014)

Sevgi ilə hər yerdə gözəllik olar. Məsələn, mahnı sevgi ilə oxunursa, sevgi ilə ifa edilirsə, hədsiz ləzzət verir. Yəni bir şeyə sevgi daxil olduqda mükəmməl olur. Eşqlə danışarsa biri, çox gözəl dinləyərlər. Sevgi ilə baxarsa zövq alınar. Çiçəyə belə sevgi göstərdinmi, çiçək çox şirin olar.

(A9 TV; 8 sentyabr 2014)

CHP-ni tənqid edənlərin belə ağır, kəskin bir üslub, xoşagəlməz bir söhbət üslubu deyil, yaradıcı və səmimi danışmaları lazımdır. Çoxbilmişlik, zirəklik, dilbazlıq yarışına girirlər. Bu, CHP-dəki ruhu daha da zədələyər. Bu doğru olmaz.

(A9 TV; 7 sentyabr 2014)

CHP sağın bütün gözəlliyini, rənglərini, zənginliyini almalıdır; solun da bütün keyfiyyət, sənət, estetika, azadlıq, demokratiya, elm anlayışını sonuna kimi müdafiə etməlidir. Solun məmnun olmadığı heç bir nöqtə qalmasın. Sağın da bütün zənginliyini alsın.

(A9 TV; 7 sentyabr 2014)

Nifrət başqa nifrəti artırar, kini artırar. Sevgi isə hər şeyi yoluna qoyar. Yəni insanın ağlı sevgiyə görədir. Bizim ruhumuz sevgiyə görədir. Biz ona görə yaradıldıq. Cənnət sevgi yurdudur.

(A9 TV; 4 sentyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)