Türk milləti yoxdursa, Türkiyə yoxdursa, onda dünya da yoxdur. Bunu biləcəklər. Biz gedərik, dünya ilə birlikdə gedərik, dünyanı yanımızda apararıq. Elə olar. Başqa cür olmaz.
(A9 TV; 25 sentyabr 2014)
Allah PKK-nı yerlə yeksan etdi. Zalımın ömrü qısadır. Məsələ bitmişdir. Bir də bölgə Allahsız, kitabsız olmaz; PKK bunu bilmədi. Yaxın Şərq dinsiz, imansız olarmı?
(A9 TV; 25 sentyabr 2014)
İŞİD Türkiyəyə qarşı hərəkət etməz. Ehtimal ki, dövlət yaradacaqlar elə görünür. Onlar bütün bölgəyə də hakim olar, amma Türkiyə və türk milləti üçün təhlükə olmaları mümkün deyil, yanarlar onda. Hamısı yanar. Belə bir şey edə bilməzlər.
(A9 TV; 25 sentyabr 2014)
IŞİD-in düzəlməsi ən çoxu yarım saatlıq danışıq tələb edən vəziyyətdir. Ən çoxu yarım saat ərzində hamısını razı salmaq mümkündür. Çünki başçısını razı saldınsa, qalanları da razı salarsan. O məsələ asandır. Çətin olan məlumdur, çətin olan PKK idi.
(A9 TV; 25 sentyabr 2014)
PYD, PKK filan bu hadisələr bitdi. PKK hazırda buxar oldu. Qorxaqlığını da göstərdi. Acizliyini və cəsarətsizliyini də göstərdi, problem köklü surətdə həll oldu. Bundan sonra, İŞİD-in bölgəyə hakim olduğu və olacağı görünür.
(A9 TV; 25 sentyabr 2014)
PKK məhv oldu! Hazırda PKK yoxdur. Bu mövzu bağlandı. İŞİD-i yola gətirmək xeyli asandır. PKK Allahsız, kitabsız, dinsiz, imansızdır, onlara söz başa salmaq mümkün deyil, xain və namərddirlər.
(A9 TV; 25 sentyabr 2014)
İnsan sevgiyə möhtacdır. Bir qədər sevgi göstərdiyin vaxt dərhal o tərəfə qaçar. Qardaşlığa yaxınlaşdırsan, sülhə, dostluğa dəvət etsən dərhal qəbul edərlər. Qürurdan ötrü iki tərəf də qəbul etməyincə ortada qalarlar. Halbuki, bir tərəf söyləsə qəbul edərlər. Amma bir qədər israr edəcəksən.
(A9 TV; 25 sentyabr 2014)
Bütün millətimizə keçmiş olsun. PKK bəlası sona çatdı! Türkiyəyə də boş yerə zorbalıq etməyə çalışmasınlar. Sadəcə acınacaqlı vəziyyətdədirlər. Qaya oyuqlarından kənara çıxa bilmirlər.
(A9 TV; 25 sentyabr 2014)
Səhabə dövründə həmişə şəfqətlə, sevgiylə xeyir qazanılmışdır. Həmişə Peyğəmbərimiz (s.ə.v)-in sevgisi ad-san qazanmışdır, yüz minlərlə insan karvanlar halında müsəlman olmuşdur. Şiddətdən istifadə edildiyi üçün deyil; sevgidən ötrü iman etmişlər.
(A9 TV; 24 sentyabr 2014)
Kimdə bol sevgi varsa, kim mərhəmətlidirsə, dünyanı da onlar idarə edəcəkdir. Dünyanın həqiqi sahibi türklərdir; əxlaq, sevgi, mərhəmət və dostluq baxımından. Allah bu vəzifəyə türk millətini hazırlayır.
(A9 TV; 24 sentyabr 2014)





