Kürd demək dindar deməkdir. Kürd demək Allah aşiqi deməkdir. Kürd demək kübar, namuslu, ailəsinə vurğun, övladını sevən deməkdir. Kürd səndən nifrət edər, ey PKK! Sadəcə nifrət edər.

(A9 TV; 23 sentyabr 2014)

Kommunist olmaq cinayət deyil, terrorist, anarxist, azğın olsan, cinayətdir. Yoxsa fikir səviyyəsində qalsa kommunist ol, başqa fikirlərdən ol, bizi maraqlandırmaz. Ateist də ola bilərsən, kommunist də ola bilərsən, amma zorakılıq və dəhşəti tətbiq edərsənsə, qarşı gələrik. İcazə vermərik.

(A9 TV; 23 sentyabr 2014)

İŞİD-ə qarşı fikri mübarizə edilməlidir. Sən onlara kommunizmlə cavab verməyə çalışsan, İŞİD-in düşüncəsinə və ideologiyasına Allahsız, Kitabsız, dinsiz, imansız fəlsəfəylə cavab verməyə çalışsan, adamlar səni darmadağın edər. Amma İslamla, Quranla cavab versən, şirk sistemini də tənqid edərsən, o zaman onsuz da müvəffəqiyyətli olarsan.

(A9 TV; 23 sentyabr 2014)

Cihad “cəhd etmək”, səy göstərmək deməkdir. Adam “Cihad”-ı qırğın olaraq anlayır. Birini sən qırğın edərək razı salacağına, fikirlə razı etsən daha doğru deyil? Sən adamı öldürəndə adam yox olar, bir daha müsəlman ola bilməz o! Təbliğ etsən, izah etsən iman edər.

(A9 TV; 23 sentyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)