Yaxın Şərqdə yerləşən heç bir ölkənin bölünməsini istəmirik. PKK orada ayrı bir dövlət yarada bilməz və yaratmasına izn vermərik. Bunu unutmalıdırlar.
(A9 TV; 2 oktyabr 2014)
İŞİD türk ordusuna, türk millətinə daim hörmət göstərəcək və sonunda Mehdi (ə.s)-ın əmrinə tabe olacaq. Sonra nə qan axacaq, nə də yatan biri oyandırılacaq. Bir damla qan axmayacaq, insanların burnu belə qanamayacaq. Bu sözümün həqiqətə çevrildiyini qarşımızdakı illərdə görəcəksiniz.
(A9 TV; 1 oktyabr 2014)
Din azadlığı olduqda o ölkəyə bərəkət gələr. Amerikanın bərəkətinin səbəbi sırf budur; din azadlığının olmasıdır. Türkiyədə də din azadlığı olduqda nur yağar Türkiyəyə, bərəkət gələr.
(A9 TV; 1 oktyabr 2014)
Quranda zorakılıq yoxdur, Quranda müdafiə vardır. Zalım hücum edərsə özümüzü müdafiə edərik, Quranda təzyiq yoxdur. Müşrik, kafir hücum edərsə, özünü qoruyarsan. Ayə açıq şəkildə “dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 256) deyir. “Ey kafirlər, sizin dininiz sizə, bizim dinimiz bizə” (Kafirun surəsi, 6) deyir. Burada məcburiyyət hardadır?
(A9 TV; 1 oktyabr 2014)
Netanyahu: “Ey Rəbbim! Bizə Moşiyahı göndər” deyəcək. Dua məqsədiylə bunu desin. Onda İsrail xilas olar. Ondan başqa qurtuluş yolu yoxdur.
(A9 TV; 30 sentyabr 2014)
Bəlanın adamı olsan, başqa bəlanın adamı üstünə çökər. Qanın adamı olsan, başqa qanın adamı üstünə çökər. Qan qanı, şiddət şiddəti, ölüm ölümü gətirər. PKK-lının xüsusiyyəti haqsız olaraq adam öldürməkdir. Haqsız şəkildə adam öldürəni qatil bir adam öldürür.
(A9 TV; 30 sentyabr 2014)
Allah zalımı zalıma müsəllət edir. Quran, Allahın insanların bir qismini digər qismi ilə dəf etməsindən bəhs edir. Hətta xalq arasında: “Dinsizin öhdəsindən imansız gələr” deyə bir məsəl də vardır.
(A9 TV; 30 sentyabr 2014)
Zülmü axtaran zülmə layiq olur. Zülmə, bəlaya, qana təşviq etsən, bəla səni boğar. Qan səni boğar. Sevgiylə yaxınlaşsaydın, sevgi görəcəkdin. Qan istədin, qarşına qan gəldi.
(A9 TV; 30 sentyabr 2014)
İŞİD-ə vurduqca İŞİD bölgənin tək gücü halına gəlir. Yıxılan bir bina İŞİD üçün mükəmməl bir yerdir. Sən oranı xarabaya çevirsən, onsuz da, İraq dövləti də qalmaz.
(A9 TV; 26 sentyabr 2014)
PKK-lı da olsa, İŞİD-ci də olsa, kim olursa olsun yaralıdırsa, kömək edərik. Yaralını yerdə buraxmaq əxlaqsızlıqdır, zülmdür. Bunu PKK edər; yerdə buraxıb çıxıb gedər, yaxud başından gülləylə vurub gedər. Müsəlman belə etməz.
(A9 TV; 26 sentyabr 2014)





