Kommunist düşüncədə fikir heç bir işə yaramır. Adam başqa cür düşünə bilməz, düşünsə də söyləyə bilməyəcək hala salınır. Artıq belə bir düşüncədə yaradıcılıq qabiliyyəti ortadan qalxır. Nə fizikada, nə kimyada, nə incəsənətdə, nə də elm sahəsində heç bir inkişaf baş vermir.

(A9 TV; 11 noyabr 2014)

Müasir düşüncə müasir İslam anlayışıdır. İslam dinində sevgi, mərhəmət, sülh, əmin-amanlıq, yaxşılıq, nəzakət, tərbiyə, sayğı, hörmət, keyfiyyət, ən yaxşı texnologiya, ən mükəmməl incəsənət vardır. Bütün fikirlərə və bütün adamlara qarşı hörmət vardır. Necə də gözəldir. Kommunizmdə isə öz fikrində olmayan hər kəsi öldürmək, dəhşət yaymaq, asıb-kəsmək vardır.

(A9 TV; 11 noyabr 2014)

Kürdlərin lideri hz. Məhəmməd (s.ə.v)-dir. Allahı inkar edən, özünün tanrı olduğunu söyləyən Abdullah Öcalan deyil. Abdullah Öcalan özünün büt olduğunu söyləyən bir insandır. Kürd qardaşlarımız bütə səcdə etməzlər, Allaha səcdə edərlər.

(A9 TV; 11 noyabr 2014)

PKK-nın fikrinin əsası darvinizm və materializmdir. “Materializmin etibarsızlığı”, “kommunizmin etibarsızlığı”, “darvinizmin etibarsızlığı” mövzularında əlavə dərsliklər hazırlansın. Biz hazırlayaq, dövlət çap etdirsin və pulsuz surətdə şagirdlərə paylanılsın. Bu cür həll olar.

(A9 TV; 11 noyabr 2014)

Atatürk mehdiyyət ruhunun müqəddiməsini hazırladı. Allah ona o vəzifəni verdi. Atatürk olmasa, Mehdi (ə.s) zühur etməz. Yerini hazırladı, asanlaşdırdı, qatı dinçiliyi aradan qaldırdı. O yerə Mehdi (ə.s) gəldi.

(A9 TV; 11 noyabr 2014)

Bir insanı Allah xəlifə edər. Xəlifəlik sevgi işidir, məhəbbətdir. Belə ki, ən birinci Allah sevməlidir, Allah onu qullarına da sevdirəcək. Sevgidən uzaq xəlifəlik olmaz.

(A9 TV; 14 noyabr 2014)

İŞİD-in əsas xüsusiyyəti təlim keçirmək, məlumatlandırmaq, razı salmaq, təlqin etməkdir. İŞİD belə meydana gəlir. Adam birdən-birə mən İŞİD-çi oluram demir. Sən də ona təhsil, elm, mehribanlıq və məhəbbətlə yaxınlaşsan məsələ həll olar. İŞİD-in bir insanı razı salması heç bir həftə davam etmir, sən də onu bir ayda həll edərsən.

(A9 TV; 13 noyabr 2014)

Risalə-i Nurlar çox ürəkaçan, gözəl əsərlərdir. Risalə-i Nuru əvvəldən axıra kimi oxuyan insan həqiqi mənada çox kamilləşir. Dünyagörüşü gözəl olur, dünyaya, hadisələrə, insanlara yaxşı bir gözlə baxır.

(A9 TV; 13 noyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)