Sanki bütün millətləri İsrailə qarşı bir nifrət ruhu bürüdü. Axırzamanda yəhudilərə qarşı bir nifrət yayılacağı Tövratda ifadə edilir. Məhz onlar Tövrata yaxınlaşsa və Moşiyaha olan sevgiləri artsa, Allah da onları həmin bəladan xilas edər. Yoxsa o bəla daha da artacaq.
(A9 TV; 2 fevral 2015)
Darvinist, materialist sistemlə Allah müvəffəqiyyət qazandırmaz. Allah yalnız uğursuzluq verər. Uğursuzluq hər yeri bürüyər.
(A9 TV; 2 fevral 2015)
Sən gəncləri darvinist-materialist kimsələr olaraq yetişdirdiyin təqdirdə, onlar da Allahdan qorxmaz. “Allah yoxdur” deyirsən, o da “yoxdur” deyir. Abdullah Öcalanın özü də: “Mən iman etmişdim, lakin biologiya kitabını oxuduqdan sonra dinsiz, imansız oldum” deyir.
(A9 TV; 2 fevral 2015)
Türkiyə vahid bir dövlət kimi qalsın. Məsələn, Bərzani federativ bir ərazi olaraq bizimlə birləşmək istəyirsə başımız gözümüz üstünə. Böyük bir kürd bölgəsi olaraq, Türkiyəyə birləşmək istəyirlərsə, onsuz da bundan fəxr edərik, bu çox xoşumuza gələr. Məsələn, Yunanıstan da belə etsin. Türkiyəylə ittifaq bağlasın, birləşsin. Amma bizim onsuz da ana vətənimiz olan kiçik bir ölkəmiz var, bir də bunun içində bölünməyə çalışmaq bizi çox narahat edən bir üslubdur.
(A9 TV; 2 fevral 2015)
MHP kükrəsin, MHP daha da güclü olmalıdır. Məsələn, üzvlərinin sayını artırmaqla güclənsin, səs alaraq güclənsin, məclisdə səsi daha gur çıxsın. MHP Ədalət və İnkişaf Partiyasından sonra ən böyük partiya olmalıdır.
(A9 TV; 2 fevral 2015)
MHP Türkiyənin fəal qüvvəsidir. Yəni millətin daim etibar edərək arxalandığı bir gəncliyi vardır, idealist bir gəncliyi var. MHP-nin hüdudları çərçivəsində idealist gəncliyin də səsi gur çıxmalıdır. Həm gəncliyin, həm də partiyanın üzvlərinin səsi gurultulu çıxsın.
(A9 TV; 2 fevral 2015)
Əgər Cənub-Şərq bölgəsini verəcək qədər ürkəksənsə, onsuz da hər ölkə səni parçalayar. Hər kəs hücum edər. Türkiyə ürkək bir ölkə imici sərgiləsə, Cənub-Şərq bölgəsini müdafiə edə bilməyəcək bir qüvvə görünüşü göstərsə, hər ölkə hücuma keçər. Buna görə də nəyin bahasına olursa olsun PKK qüvvələrini Cənub-Şərq bölgəsindən tamamilə çıxardaq. Lazımi işlər görülsün. Şəhid veriləcəksə şəhid də verilsin. Hər nə olursa olsun, oranı PKK bəlasından qurtaraq.
(A9 TV; 2 fevral 2015)
Onsuz da yaşamaq çox çətindir, həyat çox çətindir, Allah belə yaratmışdır. Bir də bununla yanaşı, gülməməlisən, küçəyə çıxmamalısan, telefonla danışmamalısan kimi hökmlər verən qatı dinçilik kimi bir qanun gətirsən cəmiyyət məhv olar, xoşbəxt insan qalmaz. Zehni də durar, beyni də durar, işləyə bilməz, heç nə edə bilməz, heç nə istehsal edə bilməz, sənət gücü də qalmaz. Yəni “ənənəvi ortodoks İslam anlayışıyla” bir yerə çıxmaq olmaz. İnsanlar məhv olar.
(A9 TV; 2 fevral 2015)
Prezident idarəetmə sisteminin tətbiq edilməsini Amerika dərin dövləti istəyir, Abdullah Öcalan istəyir. Prezident idarəetmə sistemi tətbiq olunduğu ölkələrə fəlakət gətirmişdir. Harada tətbiq olunmuşdursa, həmin ölkəni çökdürmüşdür, həmin ölkə mafiyanın əlinə keçmiş və ya orada çevriliş olmuşdur, uğurlu bir sistem deyil.
(A9 TV; 1 fevral 2015)
Darvinizm bilavasitə dəccaliyyətdir. Allahı inkar edən sistem dəccaliyyətdir. Bunu bir çox insan bilmir.
(A9 TV; 1 fevral 2015)





