İnsanlar müsibətin pis hadisə olduğunu düşünərlər. Müsibət “isabət edən” deməkdir. Allah Qatından isabət edən. Məsələn, bəzən zənginlik isabət edər, gözəllik, sağlamlıq, səhhət isabət edər. Bəzən də bəla və xəstəlik isabət edər. Hər ikisini də Allah edər. Heç biri təsadüfən baş verməz.

(A9 TV; 9 fevral 2015)

Allah mənəvi cəhətdən böyükdür. Allahın ölçü baxımından böyük olmasına ehtiyacı yoxdur. Çünki, Özü məkanın və zamanın xaricindədir. Məkan və zaman bizə görə vardır.

(A9 TV; 9 fevral 2015)

Əsgər niyə əsgər olur? Allah üçün, vətən üçün, bayraq üçün ölməyə hazır olduğu üçün əsgər olur. Bu vəzifənin xüsusiyyəti budur. Polis vətənin satıldığını hiss edərsə, satanlara dünyanı dar edər. Qaçıb gizlənməyə dəlik axtararlar. Yəni: “Kaş ki, yaşamayaydım” deyərlər. Bunu deyim ki; polis onu qanunla, hüquqla məhv edər. Ən birinci polis və əsgər.

(A9 TV; 8 fevral 2015)

Prezident idarəetmə sisteminin tək məqsədi Türkiyəni federativ bir dövlət olaraq idarə etməkdir. Prezident idarəetmə sistemi bərabərdir federasiya ilə. Yəni Türkiyəni böləcək bir sistemdir. Bu Amerika dərin dövlətinin əsas ideologiyasıdır. Abdullah Öcalanın əsas ideologiyasıdır.

(A9 TV; 8 fevral 2015)

“Suriya niyə darmadağın oldu? İraq niyə darmadağın oldu? Liviya niyə darmadağın oldu? Misir niyə darmadağın oldu? deyir.” Şirk var, şirk özüylə bəla gətirər. Müsəlman şirkdən uzaq durmalıdır.

(A9 TV; 8 fevral 2015)

Şükür etdikdə bərəkət artar. Şükür etmək nə deməkdir? Qurana tabe olub, Allaha təvəkkül edib, Allahdan razı olmaqdır. Adam Allahdan razı deyil. Daima şikayət edir. Haşa Allahın özünə haqsızlıq etdiyi qənaətindədir. Onda bərəkət olarmı? Bərəkət olmur.

(A9 TV; 8 fevral 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)