Allah mömini gizli şəkildə mükafatlandırar. Adam: “Sürünürəm” deyir. Əgər səbir etsən, Allah da səni mükafatlandırar. Əgər səbir etməsən və həmişə şikayətlənsən, şikayətlənmək nə deməkdir; Allaha üsyan edirsən. Onda necə yaxşılıq gözləyə bilərsən?
(A9 TV; 8 fevral 2015)
Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: “Allah ona niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?” desən yenə doğru yolda olanlardan olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. “Hikmət var, xeyir var” deyəcəkdir. “Allah bilir, mən bilmirəm” deyəcəkdir.
(A9 TV; 8 fevral 2015)
Müsəlman sevgisini, mərhəmətini sonsuz dərəcədə inkişaf etdirməlidir, kömək sevərliyini yüksək dərəcədə inkişaf etdirməlidir. Etibarlı olmalıdır. Müsəlmanlar əleyhinə casusluq etməməlidir. Oyun oynamamalı, xainlik etməməli, zülm etməməlidir.
(A9 TV; 8 fevral 2015)
Müsəlman: “Mən namazımı qıldım, cənnətə gedərəm, bu qədəri kifayətdir” deməməlidir. Cənnətdə yüksək mövqe sahibi olmağı istəməlidir. Dərəcələr var, müsəlman yarışmalıdır. Daha yüksək, daha yüksək, daha yüksək… Sonu yoxdur, necə də gözəldir.
(A9 TV; 8 fevral 2015)
Hz. İbrahim (ə.s) zülm edirmi? Etmir. Mərhəmətli, şəfqətli, həlim bir insandır. Yəni müsəlmanların əleyhinə heç bir fəaliyyət göstərmir. Əksinə lehinə fəaliyyət göstərir, hər halında bir gözəllik var. Deməli, doğru yoldadır.
(A9 TV; 8 fevral 2015)
Müsəlmanları narahat edəcək, onları kədərləndirəcək, yoracaq rəftarlar və yaxud müsəlmanları qorxutmağa çalışan rəftarlar yaxud da müsəlmanların əleyhinə casusluq etmək, oyun oynamaq, müsəlmana hiylə qurmaq… Quran bütün bu hərəkətlərin zalımlıq olduğunu bildirir. Namaz qılması onu xilas etməz. Zalımlıq etməməlidir.
(A9 TV; 8 fevral 2015)
Müsəlman anormal hərəkətlər edə bilməz. Ayəyə görə: “İman edir, imanını zülmlə qarışdırmır”, yəni zülm etməyə təşəbbüs etmir, zalımlıq etmir.
(A9 TV; 8 fevral 2015)
Hal-hazırda xəsisliyə görə bütün dünya sürünür. Çox az varlı insan vardır, dünya əhalisinin 1%-i varlı, 99%-i isə kasıbdır. Ayənin bir təcəllisi olaraq dünya sürünür. Xəsislikdən imtina etdikləri təqdirdə bütün dünya varlı olacaqdır.
(A9 TV; 7 fevral 2015)
Mal insanın beyninin içində yaradılır. Müsəlman beyninin içindəki görünüşü yox etməsi üçün Allaha dua etməlidir, bu qədər. Beyninin içindəki görünüşə qıymır, paylamağa qıymır.
(A9 TV; 7 fevral 2015)
Xurafatçılar öz aləmlərində İslamı çirkin görürlər. Nəşə və sevinc İslamdır, İslami bir gözəllikdir. Amma insanlar nəşəni və sevinci pis qarşılayır. Bu da küfrə bənzər ruh halı olmuş olur.
(A9 TV; 7 fevral 2015)





