Xüsusi yolla meydana gətirilən böyük bir yoxsulluq lobbisi var. Bu yoxsulluq lobbisini, yoxsulluğu meydana gətirən sistemi Mehdi (ə.s) aradan qaldırır. O zaman dünya avtomatik şəkildə, öz-özünə zəngin olur. Amma axırıncı dəfə zəngin olur.
(A9 TV; 11 fevral 2015)
Dünya səviyyəsində xüsusi bir yoxsulluq qruplaşması var. Bu qruplaşma böyük dövlətlərin qabaqcıl şəxslərinin, tanınmış kapitalistlərin, bir çox mərkəzi bankın dəstəyi ilə meydana gətirilir.
(A9 TV; 11 fevral 2015)
Dünyadakı yoxsul qruplaşmaları meydana gətirən sistem mehdiyyət dövründə sürətli formada ələ keçiriləcəyi üçün, artıq yoxsul qruplaşmalar təşkil edilə bilməyəcək. Çünki, yoxsul qruplaşmalar hal-hazırda təşkil edilərək meydana gətirilir.
(A9 TV; 11 fevral 2015)
Allahın arzusu; Mehdi (ə.s)-ın ortaya çıxması, İsa Məsihin zühuru, İslam Birliyinin meydana gəlməsi və qısamüddətli bir hökmranlığın özünü göstərməsidir. Bunları görəcəyik inşaAllah.
(A9 TV; 11 fevral 2015)
Allah açıq-aydın şəkildə inkar edilir. Bu çox böyük uğursuzluq gətirər. Dünyanın başına gələn fəlakətin də səbəbi budur. Dünya bir fəlakət içində çırpınır, hər yer qan dənizidir. Hər yerdə iqtisadi böhran hakimdir. Hər yerdə bir fəlakət var. Darvinizm və materializmin bir yalan olduğu, yanlış məlumat olduğu elmi dəlillərlə izah edilməlidir. Başqa cür olmaz.
(A9 TV; 10 fevral 2015)
Uğursuzluğun, fəlakətin təməlində darvinizm və materializm durur. Bunun doğrusu izah edilməlidir. Əhatəli şəkildə darvinizmə və materializmə cavab verilməlidir. Bunun əksinin edilməsi, Allaha xoş getməz.
(A9 TV; 10 fevral 2015)
Darvinizmin və materializmin elmi və fəlsəfi şəkildə yox edilməsi PKK-nın qovrulub yanmasına səbəb olar. Ən təsirli zərbə darvinizmin yox edilməsidir. Darvinist, materialist düşüncəni yox etsən, PKK-nın həyat damarını məhv etmiş olarsan. Beləcə də, PKK-nın beyni məhv olar. Beynini məhv etdinsə, artıq o da məhv olar.
(A9 TV; 10 fevral 2015)
Bəzi məmurların təvəkkülsüz olduqlarını və PKK-dan qorxduqlarını görürük. Bu onlara yaraşmaz. Peyğəmbərimiz (s.ə.v) bir ovuc insanla, 40 nəfərlə meydana çıxmışdı. Müsəlman igid olmalıdır, cəsarətli olmalıdır.
(A9 TV; 10 fevral 2015)
Darvinizmin kökü dünyadan tamamilə silindikdə Allahın arzusu yerinə yetmiş olar. Mehdiyyət hakim olar. Sonra dünya yenidən korlanar, yenidən bu düşüncəyə qayıdarlar.
(A9 TV; 9 fevral 2015)
Hal-hazırda dünya səviyyəsində 7 milyard insandan çox bir kütlə, Allahın varlığını tamamilə, kütləvi şəkildə inkar edirlər. Bütün dünya dövlətləri kitablarında darvinist təlim əsasında insanın təsadüfən palçıqlı sulardan yarandığı izah edilir. Bütün dünya ölkələrindəki təhsil kitablarında: “Allah yoxdur” deyir. Haşa, bütün dünya ölkələrində Allaha meydan oxuyurlar. Normal olaraq dünya qiyamətin baş verməsinə layiq oldu, qiyamət qopmalıdır.
(A9 TV; 9 fevral 2015)





