İnsan ateist də ola bilər. Ateist olmaq Allah Qatında bir günahdır, qul yanında deyil. Sən buna qarışa bilməzsən ki. Allah ayədə: “De: “Sizin dininiz sizə, bizim dinimiz bizədir”” deyir, adam ateist də olar, dindar da olar, başqa bir dinə mənsub da olar. Allah: “Dində məcburiyyət yoxdur” deyir.
(A9 TV; 30 mart 2015)
Kürd qardaşlarımız nurdur, çox dindardırlar. Risalə-i Nuru, hədisləri oxuyarlar, birlikdə oturub Quran oxuyarlar. PKK bunu istəmir, çünki PKK Allahsız, Kitabsızdır.
(A9 TV; 30 mart 2015)
Sən bu ölkəni bölərək millətin şərəfini, namusunu ayaqlar altına alacaq, sonra da rahat oturub yaşayacaqsan eləmi? Elə bir şey olmaz.
(A9 TV; 29 mart 2015)
Türkiyəni böləcəklərini, rahat oturub yaşayacaqlarını zənn edirlər. Elə bir şey olmaz. Qiyamət qopar. Qiyamətdə böcək belə canlı qalmaz. Ay ilə Dünya birləşər. Dağlar qum kimi əriyər. Heç bir canlı qalmaz. Bildiyim bir şey var ki, deyirəm.
(A9 TV; 29 mart 2015)
Yəhudi düşmənçiliyi bir ruh xəstəliyidir. Bir iman narahatlığıdır. Hz. İsrail (ə.s) və hz. Yaqub (ə.s)-ın övladları Allahın bizə əmanətidir. Onlara qarşı nifrət bəsləmək, Quranın üslubuna, Qurandakı ayələrə zidd olar. Bu, müsəlmanın edəcəyi şey deyil.
(A9 TV; 27 mart 2015)
Siyasət böyük bir bəla dənizi kimidir. Siyasət aləmi çox qaranlıqdır. Eqoist və xudbin bir quruluş vardır. Üsulları mərhəmətsizdir. Vəfa və sədaqət yoxdur.
(A9 TV; 27 mart 2015)
Müsəlman boş-boş xurafatlara inanmaz. Məntiqsiz, mənasız şeylərə inanmaz. Ağlı başında bir müsəlmanlıq anlayışı vardır. Biz dinə nə əlavə, nə də çıxarda bilərik.
(A9 TV; 26 mart 2015)
İŞİD bir mehdiyyət hərəkatıdır, əlbəttə ki, öz içində amma batildir. Çatışmayan cəhətləri var. Həqiqi Mehdi (ə.s) zühur etdikdə onlar düzələcəklər. Husilər də Mehdi hərəkatıdır.
(A9 TV; 26 mart 2015)
Əgər Türkiyənin bölünməsinə izin versəm, həyat mənə haram olsun. Bölünməsinə əsla izin vermərik. Heç vaxt da prezident idarəetmə sistemi tətbiq olunmayacaq. “Türkiyə Birləşmiş Ştatları” deyilməsinə izin vermərik. Bunu unutmalıdırlar, bu qeyri-mümkündür.
(A9 TV; 26 mart 2015)
İnsan sevgi sayəsində ayaqda qalır. Sevgi sistemi pozulanda, bütün bədən xəstə olur.
(A9 TV; 26 mart 2015)





