Siyasət öz daxilində çox mərhəmətsizdir. Asan iş deyil. Ona görə də İslamı yaymağa səy göstərən insanların edəcəkləri şey; iman həqiqətlərini izah etmək, Quran möcüzələrini izah etmək, imanı gücləndirmək, öz imanını gücləndirmək, şövqünü artırmaqdır. Yoxsa bu cür şeylərin öhdəsindən gələ bilməz.

(A9 TV; 26 mart 2015)

Kainat sevgi üçün yaradılır. Kainatın təməli sevgidir. Sevgi, mərhəmət, şəfqət, bağışlamadır. “Sən mənə vurdun, mən də on misli sənə vuracağam”. Bu cür düşüncə ola bilməz.

(A9 TV; 25 mart 2015)

Xüsusi təyinatlı polislərin sayını artırmaq lazımdır. Məktəblərinin sayını artırmaq lazımdır. Tayyib hocam bu cür gözəl iş görsün. Xüsusi təyinat, bir də Bordo Beretlilər. Bu alçaq PKK-lılar çox uzun müddət, 6-8 il təlimdən keçirilir. Bizim aslanlar, Mehmetcik, Nevşehir Kozaklıdan, oradan buradan gəlir mənim canlarım, PKK ilə vuruşmağa məcbur edilirlər. Belə olmaz. PKK Xüsusi təyinatlı dəstələrdən ağlasığmaz dərəcədə qorxur.

(A9 TV; 25 mart 2015)

Pəncəsini atmaq aslanın işidir. Kükrəmək aslanın xüsusiyyətidir. Ordumuz da aslan olduğu üçün həm kükrəməli, həm də yeri gəldikdə pəncəsini atmalıdır.

(A9 TV; 25 mart 2015)

Qadınların siyasətə girə bilməməsinin səbəbi, çox mərhəmətsiz bir sistem olmasıdır. Həm dedi-qodu sistemi, həm də fitnə sistemidir. Ağlasığmaz bir çarx işləyir. Hara gedirsən get az və ya çox olur. Əlbəttə ki, mehdilik dövründə belə bir şey olmayacaq. Belə mərhəmətsiz quruluş olmaz. İnsanlar əbəs yerə özlərinə əzab çəkdirirlər.

(A9 TV; 25 mart 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)