İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı olmamalı və çox səmimi bir sevgi olmalıdır.
(A9 TV; 15 aprel 2015)
Heç bir dinin qarşısını almaq doğru deyil. Yayılsın qardaşım. Xristian xristianlığı yaysın, yəhudi yəhudiliyi yaysın, müsəlman müsəlmanlığı yaysın. Yetər ki, dindar olsun cəmiyyətlər. Əvvəlcə dindarlığın qəbul edilməsi çox əhəmiyyətlidir.
(A9 TV; 15 aprel 2015)
Qatı dinçilər insanlara həmişə; “ayıbdır, günahdır” deyərək həyatı cəhənnəmə çevirmişlər. Bunun nəticəsində, içinə qapalı, şizofreniyalı cəmiyyətlər meydana gəlir. İnsanlar xəstə olur.
(A9 TV; 14 aprel 2015)
Kürd qardaşlarımız vətənini, dövlətini, millətini şövqlə sevir. Əsgərlərə necə çox məhəbbət bəsləyərlər. Hamısı Allahdan qorxan, vicdanlı insanlardır. Onlar kommunistlərin cərgəsində olmazlar. Stalinistlərin, anarxistlərin cərgəsində olmazlar.
(A9 TV; 13 aprel 2015)
Kürdlər bir millət kimi mübarək insanlardır, iztirabın içindən gələn insanlardır. Acı çəkən insan çox alicənab olar. Sevgini yaxşı başa düşər, nəzakəti yaxşı anlayar. Mən kürd qardaşlarımızı kommunistlərin əlinə təslim etmərəm.
(A9 TV; 13 aprel 2015)
PKK həmişə yalan danışar. Yalan, kommunist təbliğatda çox əhəmiyyətli bir mövzudur. Kommunist yalanı ən pis yalanlardandır.
(A9 TV; 13 aprel 2015)
Hz. Süleyman (ə.s)-ın Allahla daimi, sıx və çox ağıllı bir əlaqəsi var. Bu çox əhəmiyyətlidir. Allahı heç vaxt unutmur. Bir dəqiqə, bir saniyə belə unutmur.
(A9 TV; 11 aprel 2015)
Heç kim Məscidi Əqsaya toxuna bilməz. Məscidi Əqsa bir dəfə dağılacaq, o da qiyamətdə. Bundan başqa nə insan, nə də cin bir şey edə bilməz.
(A9 TV; 11 aprel 2015)
Bu dünya həmişə müsbət-mənfidir. Məsələn, gecə-gündüz yaradılır, yaxşı-pis, gözəl qoxu-pis qoxu, yaxşı yemək-pis yemək, qorxu-təhlükəsizlik, hər şey öz ziddi ilə birlikdə yaradılır. Cənnətdə elə deyil, hər şey birtərəflidir, hər şey müsbətdir.
(A9 TV; 6 aprel 2015)
Cənnətdə tərs insan yoxdur, tərslik edən, nəzakətsizlik edən, tamahkar bir insan yoxdur. Qəzəb, qorxu bunların heç biri yoxdur.
(A9 TV; 6 aprel 2015)





