2019-cu və 2021-ci illər, artıq dəccaliyyətin zəifləyəcəyi, süqut edəcəyi illərdir. Amma bu illər fəlakət illəridir. Mən masonlara da söylədim: “Qan dayanmaz” dedim. “Davam edəcək” dedim. Dayansa, “dayanacaq” deyərəm. Lakin bir müddət sonra dayanacaq. İnsanlar buna səbir etməlidirlər. Kədərlənməklə deyil, təvəkkül etməklə.

(A9 TV; 19 sentyabr 2015)

Türkiyənin çətin vəziyyətdə olması, Yaxın Şərqin çətin vəziyyətdə olması mehdiyyət planının bir şərti, yəni taleyin bir şərtidir. Bu planın tələbindən ötrü bunlar olar və olmağa da davam edəcək. Axırzamanda Suriyanın parçalanması, İraqın parçalanması tamamilə mehdiyyətlə əlaqədardır. Hədislərə baxdığımız vaxt, bu açıq-aydın görünər. Çox açıqdır.

(A9 TV; 19 sentyabr 2015)

Allahın dünyanı niyə yaratdığını anlayacaqlar. Onlar dünyanın xizək sürmələri, gedib dənizdə üzmələri, əylənmələri üçün yaradıldığını zənn edirlər. Dünya bunun üçün yaradılmadı. Allah yalnız sevdiklərini seçmək üçün yaradır dünyanı, bu qədər. Öz rizasının axtarılması üçün. İnsanlar dünyanın əyləncə yeri olduğunu zənn edirlər. Səhv bilirlər.

(A9 TV; 19 sentyabr 2015)

PKK bir anda yox olacaq bir şey deyil, çünki ideologiyasının təməli dövlətin çap etdirdiyi dərsliklərdə elmi həqiqətmiş kimi izah edilir. Onsuz da dövlət darvinist-materialist sistemi müdafiə edir. Buna görə, darvinist-materialist təhsil verilməyə davam etdikcə bu vəba xəstəliyi də davam edəcək.

(A9 TV; 19 sentyabr 2015)

İslam dərin imandır, Allahı çox sevməkdir. Allahı sevdirə bilirsənmi? Yox. Bəs özün sevirsənmi? Heç sevənə bənzəmirsən. Allahdan qorxmaq və Allahı çox sevmək, bu təmin edilməlidir. Bunu təmin etdikdən sonra dinin aydın olmayacaq bir tərəfi yoxdur. Çox bilmiş kimi, böyük-böyük danışmağa ehtiyac yoxdur.

(A9 TV; 18 sentyabr 2015)

Bu axan görünüşdə, bu filmdə mehdiyyət hakim olur. Filmin sonu belədir. İsa Məsih (ə.s) zühur edir, hz. Mehdi (ə.s) zühur edir, PKK yox olur, kommunizm yox olur, darvinizm yox olur. İnsanlar hazırda yerlərində dura bilmirlər, belə olmalıdır. Amma mehdiyyətin heyrətamiz yollardan müvəffəqiyyət qazandığını görəcəklər.

(A9 TV; 18 sentyabr 2015)

Çox mürəkkəb kimi görünür, lakin gizlicə həm mehdiyyət, həm də məsihiyyət inkişaf edir. Nə İsa Məsih (ə.s)-ın mənəvi övladlarıyla, tələbələriylə mübarizə apara bilərlər, nə də hz. Mehdi (ə.s) ilə. Tale bu cürdür. Bu görünüşü dəyişdirə bilməzlər.

(A9 TV; 18 sentyabr 2015)

Dərin Amerika PKK-ya tələ qurur, bundan da xəbərsizdirlər. Dəmirdaş: “Məncə ABŞ bizə xainlik etməz” deyir. Edəcək, sizə əvvəlcədən deyirəm. Bunu bütün terror təşkilatlarına etdi. Əvvəlcə dəstəklədi, işlətdi və sonra da boğdu onları. Dəstəklədi boğdu, dəstəklədi boğdu və bunu sizə də edəcək. Ağılsızlıq etməyin, vaxtında imtina edin.

(A9 TV; 18 sentyabr 2015)

Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar.

(A9 TV; 17 sentyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)