İŞİD-in zorakılığını fikirlə dayandırmaq mümkündür, Quranla dayandırmaq mümkündür, lakin PKK-nı Quran vasitəsilə dayandırmaq qeyri-mümkündür. O, bilavasitə Allahsız, Kitabsız, Stalinist, kommunist, murdar, namərd bir təşkilatdır.
(A9 TV; 23 mart 2016)
Həm PKK-ya, həm də radikal qruplara qarşı ediləcək şey, qarşılarına fikirlə çıxmaqdır, müzakirə mühiti yaratmaqdır. İnsan intihar edəcək qədər qətiyyətlidirsə, deməli, bir fikri vardır. Fikrinin yanlışlığını dəlillərlə göstərsən məsələ həll olunar.
(A9 TV; 23 mart 2016)
Mövhumatçılıq qaranlıq fikirdir. İnsanı boğar. İnsan özünü orada yaşamağa məcbur zənn edər. Aydınlığı gördükdə isə, gözü qamaşar, mən bu aydınlıqda yaşaya bilmərəm deyər. Bir müddət yaşayandan sonra alışar. Yavaş-yavaş gözü bu aydınlığa alışacaq.
(A9 TV; 22 mart 2016)
İnsanlar mövhumatla yaşaya bilməzlər. Nəsilləri mövhumatçı yetişdirdilər. Müasir, gözəl yaşamaq, sevinclə yaşamaq, estetika içərisində, keyfiyyətli yaşamaq onlara çətin gəlir, qəribə gəlir, təəccüblü gəlir. Bunların öhdəsindən gəlməlidirlər.
(A9 TV; 22 mart 2016)
İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək.
(A9 TV; 22 mart 2016)
Önümüzdəki aylar, illər ərzində çox böyük hadisələr olmağa davam edəcək. Sonunda hz. Mehdi (ə.s)-ı görəcəyik. Hz. İsa Məsih (ə.s)-ı görəcəyik. İslam Birliyini görəcəyik.
(A9 TV; 22 mart 2016)
İslama qarşı sanki bir sui-qəsd törədildi. Bir oyun oynandı və İslamın üstünü çirkli pərdə ilə örtdülər. Bu çirkli pərdəni qaldırıb bir kənara atacağıq. Həqiqi İslam ortaya çıxacaq.
(A9 TV; 22 mart 2016)
Mehdiyyət sürətlə ortaya çıxacaq. Hadisələrin gedişatı bunu göstərir. Heyrətamiz yüksəliş olacağı aydın olur. Ənənəvi İslam anlayışının qorxunc üzü ortaya çıxdıqca Quranın qiyməti aydın olacaq. Hər kəs İslamın qiymətini bu zaman anlamış olacaq.
(A9 TV; 22 mart 2016)
Əslində mehdiyyətin məğlub olmasını gözləyirlər; çünki çox kiçik bir qrup olduğu, qarşısında isə böyük qüvvə olduğuna görə məğlub olması lazımdır. Lakin belə olmur, ağılla, elmlə əzə-əzə irəliləyir. Bu metafizik hadisədir.
(A9 TV; 21 mart 2016)
PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir.
(A9 TV; 21 mart 2016)





