Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
(A9 TV; 8 may 2016)
Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.
(A9 TV; 7 may 2016)
Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
(A9 TV; 7 may 2016)
Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
(A9 TV; 6 may 2016)
Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.
(A9 TV; 6 may 2016)
İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
(A9 TV; 6 may 2016)
“İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.”
(A9 TV; 6 may 2016)
Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir.
(A9 TV; 6 may 2016)
İman olmazsa nə olar? Heç nəyin dəyəri qalmaz. İman insana heybət və gözəllik verər. Allah sevgini imanla meydana gətirir.
(A9 TV; 6 may 2016)
Nə AKP parçalanar, nə də MHP. Boşuna çırpınmasınlar. İkisi də dağ kimi ayaqdadır. İkisinə də heç nə olmaz. AKP də, MHP də iman əhli olan insanlardan təşəkkül edir. İngiltərə dərin dövlətinin bəzi tərəfdarları ağızlarından sellər axaraq həyəcanla partiyaların parçalanmasını gözləyirlər. Boşuna gözləyirlər.
(A9 TV; 6 may 2016)





