Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.

(A9 TV; 9 may 2016)

Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.

(A9 TV; 9 may 2016)

Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.

(A9 TV; 8 may 2016)

“Quranın olduğu otaqda mən uzana bilmərəm” deyir, “həyat yaşanmaz” deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.

(A9 TV; 8 may 2016)

Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq.

(A9 TV; 8 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)