Allah Peyğəmbər (s.ə.v)-ə nə deyir? “Bu zaman boş qaldığın vaxt, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et”. (İnşirah surəsi, 7). Necə yorulmaq? Allah üçün yorulmaq. Məsələn, ayə yaz, Qurandan danış, İslamı təbliğ et. “Boş dayanma” deyir. Lakin münafiqin xüsusiyyəti boş dayanmasıdır.

(A9 TV; 18 may 2016)

Münafiq dəhşətli dərəcədə ədabazdır. Firon da ədabaz idi, Nəmrud da ədabaz idi. Tarixin ən başından bəri bütün fironlar, nəmrudlar, dəccallar, münafiqlər həmişə ədabaz olurlar. Hamısı həyasız olur. Hamısı qürurlu və təkəbbürlü olur. Heç bir sözün altında qalmaq istəməzlər.

(A9 TV; 18 may 2016)

Mömin münafiqlər mövzusunda olduqca rahat olmalıdır. Əks təqdirdə haram olar, çünki şirk olar. Yəni, ciddiyə aldığı zaman, onlardan həqiqətən qorxub narahat olduğu zaman bu şirk olar. Çünki bütün güc Allaha məxsusdur.

(A9 TV; 18 may 2016)

Münafiq özünü çox sərbəst zənn edər. Halbuki sərbəst güc deyil, etdiyi bütün əməllər, danışdığı, gecə qurduğu tələlər, üzünü turşutması, etdiyi əxlaqsızlıq, sifətinə verdiyi pis ifadə, Peyğəmbər (s.ə.v)-ə yaxınlaşmaq istəməməsi, etdiyi hər alçaqlıq Allah tərəfindən onsuz da əzəldən bilinir, ən incə nöqtəsinə qədər.

(A9 TV; 18 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)